PR

“MasterCard” loqotipini dəyişdi: Yarım əsrdən sonra - Foto
10 YANVAR
124

“MasterCard” loqotipini dəyişdi: Yarım əsrdən sonra - Foto

2019-01-10 11:27:00

Beynəlxalq ödəniş sistemi olan “MasterCard” öz loqotipini dəyişmək haqqında qərar qəbul edib.

Fins.az-ın məlumatına görə, “Adindex.ru” saytı yazır ki, loqotipdə şirkətin adı ləğv olunacaq, yalnız qırmızı və sarı rəngdə olan kəsişən dairələr görünəcək. Bu haqda məlumat şirkətin rəsmi saytında da yer alıb.

“Rəqəmsal texnologiya erası sadəliyi tələb edir”, - deyə ödəniş sisteminin marketinq və kommunikasiya üzrə direktoru Raca Racamannar yeni dəyişiklik ilə bağlı deyib. Qərara görə, qrafik təsvir şirkəti daha yaxşı təqdim edəcək, nəinki sözlər.

Qeyd edək ki, son aylar “MasterCard” loqotipinin insanlar tərəfindən tanınması və qəbul edilməsi ilə əlaqədar araşdırma həyata keçirmişdi. Araşdırma nəticəsində məlum olmuşdu ki, sorğuda iştirak edən insanların 80%-i “MasterCard” haqqında danışmadan yalnız rənglər ilə markanı tanıyıb.

“MasterCard Inc.” dünyada ən iri ödəniş sistemləri operatorudur. Şirkətin loqotipi ilk dəfə 50 il bundan öncə, 1966-cı ildə meydana gəlib. Loqotip yuxarıda da vurğuladığımız kimi qırmızı və sarı rəngdə olan kəsişən dairələrdən ibarətdir. Və son yeniliyə qədər loqotip prinsipial olaraq dəyişməyib.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256