PR

“Pepsi” 7 ildə ilk dəfə sloqanını dəyişdirir – Video
10 YANVAR
236

“Pepsi” 7 ildə ilk dəfə sloqanını dəyişdirir – Video

2019-01-10 10:53:00

Amerikan korporasiyası “PepsiCo” yeni marketinq kampaniyasını həyata keçirir.

Fins.az-ın məlumatına görə, bu barədə “AdAge” nəşri yazıb. 

“Pepsi”nin sloqanı “Live for Now”dan (Anı yaşa) “For the Love Of It”ə dəyişəcək. Yeni sloqanı belə tərcümə etmək olar “Sevgi adına”. Belə bir sloqanın seçilməsində məqsəd isə insanları öz sevdikləri işlər ilə məşğul olmağa və “Pepsi”nin ləzzətindən həzz almağa çağırışdır.

Bu sloqan üçün isə yeni jinql hazırlanacaq. Jinqlı prodüser Simon Fuller və “New United” qrupu birgə ərsəyə gətirəcək. Yeni marketinq kampaniyası ABŞ-dan başqa, 100-dən çox ölkədə keçiriləcək.

Qeyd etmək yerinə düşər ki, axırıncı dəfə “Pepsi” sloqanını 7 il əvvəl dəyişmişdi.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264