PR

“Coca-Cola” və “PepsiCo” arasında energetika bazarı uğrunda mübarizə
10 YANVAR
134

“Coca-Cola” və “PepsiCo” arasında energetika bazarı uğrunda mübarizə

2019-01-10 10:50:00

Energetika içkiləri özündə alkoqollu və az alkoqollu içkiləri əhatə edir. Bu içki kateqoriyası funksional məhsul kateqoriyasına daxildir və uzun müddət insanı aktiv saxlayır.

“Red Bull”un uğuru bazara yeni oyunçuların daxil olmasını cəlbedici etdi. 1997-ci ildə “Red Bull”un Amerika bazarına daxil olması bu regionda energetika içkiləri bazarının sürətlə artımına gətirib çıxardı. 2000-ci illərin başlanğıcında bazarda belə şikətlər meydana gəldi.

Məsələn, “Rockstar” və “Monster”. Həmçinin belə bazarda “The Coca-Cola Company” və “Pepsi Co” kimi iri alkoqolsuz içkilərin nəhəng istehsalçılarını da görürük. “PepsiCo” bir neçə brend adı altında energetik içkilər istehsal edir. Məsələn, “Adrenaline Rush”, AMP, “Drive Me”, “No Fear” və s. 2001-ci ildə şirkət bazara idman və canlandırıcı içki olan “Gatorade”ni də buraxır.

Bu məhsul istehsalçının bazardakı digər energetik içki istehsal edən markalar ilə rəqabət apara biləcək səviyyədə idi. 2009-cu ildə isə şirkət energetika içkiləri bazarında “Rockstar”ın əsas təchizatçılarından biri oldu. Bu o dövr üçün liderlik mövqeyi demək idi.

2015-ci ildə isə “The Coca-Cola Company” (TCCC)“Burn”, “Full Throttle”, “Power Play” kimi energetik içkilər istehsal edən markalara sahib olur. “The Coca-Cola Company” “Monster Beverage” ilə saziş bağlayır. Nəhəng istehsalçı şirkətdən 16,7%-lik pay alır.Bunun üçün isə o 2,15 milyard dollar ödəyir. Beləliklə, şirkət enerji içkiləri bazarında öz mövqeyini möhkəmləndirir.

Əməkdaşlıq haqqında sazişə, əsasən şirkət Direktorlar Şurasında öz nümayəndəsini yerləşdirmək üçün 2 nəfərlik yer alır. Bundan başqa, TCCC “Monster”in qeyri enerji bazarının sahibi olur. Məsələn, “Hansen's Natural Sodas”, “Peace Tea” və “Hubert's Lemonade” markalar kimi. Qarşılığında “Monster” isə “Coca-Cola”nın enerji içkiləri bizesinə sahibliyi əlinə alır. Söhbət “Coca-Cola: Full Throttle”, “Burn” və “Power Play” içkilərindən gedir. Energetika içkiləri bazarı sürətlə böyüməyə davam edir. Təkcə, bu faktı göstərmək lazımdır ki, 1999-cu ildə energetika içkiləri bazarı 3,8 milyard dollar idisə, 2013--cu ildə bu rəqəm 27,5 milyard dollara çatıb.

Bu isə bazarın 620% bahalaşması deməkdir. Bazarın həcmi isə 49,9 milyard dollar qiymətləndirilir. Bu isə 2013-cü illə müqayisədə 5%-lik artım demək idi. Bazarın əsas oyunçuları isə “Red Bull” və “Monste”dir.

Ən çox enerji içkisi içən yaş qrupu

Enerji içkilərinin əsas istehsalçıları 18 yaşdan 35 yaşına qədər olan millenium qrupu daxildir. Bu isə Y nəsli adlandırılır, onlar müstəqil və aktiv fəaliyyətin arzusundadırlar. “Mintel”in sorğusuna görə, ABŞ-da bu qrupun 64%-i eneji içkiləri istehlak edir.

2015-ci ildə bu qrupa daxil olan əhalinin sayı 75,3 milyon nəfər idi. Aparılan analizlərə görə, sahənin inkişafı üçün ən perspektivli bazar Brazilyadır. Braziliya 56,5% bazar payı ilə Latın Amerikasında ən böyüyüdür. Braziliyada təşkil edilən sonuncu dünya çempionatı dövründə şirkətlərin uğurlu gedişi nəticəsində, bu məhsula tələb kəskin şəkildə artmışdır.

“Red Bull” yenə liderdir

2017-ci ildə ekspertlərin verdiyi proqnoza görə, adıçəkilən bazarda enerji içkilərə tələbat illik 25%-dən çox artacaq. “Red Bull” 50%-dən çox bazar payı ilə adıçəkilən bazarda liderdir. Onu “Coca-Cola”nın “Burn” məhsulu və Braziliyada istehsal edilən TNT və “Monster” məhsulları izləyir. 2018-ci ildə isə proqnozlaşdırılırdı ki, bu məhsulun satışlarının həcmi 3,93 milyard dollara çatacaq. Digər bazarlar isə Çin və Şərqi Avropadır. Burada orta sinifin gücləndirilməsi, yeni oyunçuların bazara daxil olmasını şərtləndirdi.

Gözləntilər

Eenerji içkilərinin bazarı hər il böyüyür. Hətta güman edilir ki, bu içkilər çay, qəhvə kimi məhsulları əvəz etməyə başlayacaq.

Qeyd edək ki, Azərbaycanda energetika bazarını analiz edən yerli marketinq araşdırmasını video formatda hazırlamışıq. Yaxın zamanda yerli bazarın enegetika içkiləri bazarının mənzərəsini real rəqəmlərlə görəcəksiniz.

©facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256