PR

2019 nə ili olacaq?: “Deloitte” proqnozlarını açıqladı
08 YANVAR
134

2019 nə ili olacaq?: “Deloitte” proqnozlarını açıqladı

2019-01-08 17:18:00

“Deloitte” qlobal “texnoloji media və telekommunikasiya proqnoz”ları hesabatının 18-cisini təqdim edib. Fins.az xəbər verir ki, hər il maraqla qarşılanan hesabata görə, 2019-cu ildə “ağıllı” səsucaldanlar 7 milyard dollarlıq bazar payı əldə edəcək. Bu, bağlantılı cihaz sektorunda ilin ən sürətlə inkişaf edən texnologiyası olacağı proqnozlaşdırılır.

“Ağıllı” səsucaldanlar bazarında 63%-lik artım 

Hesabata görə, təxminən 43 dollarıq vahid satış qiyməti ilə 164 milyon ədəd satılan “ağıllı” səsucaldanların ümumi bazar gəlirinin 2018-ci illə müqayisədə 63%-lik artımla 4,3 milyard dollara çatması gözlənilir. Səsucaldan texnologiya bazarı inkişaf edəcək, amma sektorun tam böyümə potensialına çatması üçün bəzi maneləri aradan qaldırmaq lazım olacaq. Bu məqsədlə inklüzivliy və qlobal qəbulun təmin edilməsi üçün daha geniş bir dil dəstəyi tələb olunacaq.

Süni zəkanın qarşısıalınmaz yüksəlişi

“Deloitte”ə görə, bulud əsaslı süni zəka proqramları və xidmətlərinin istifadəsi sürətlənəcək. Süni zəkadan istifadə edən firmaların 70%-i bulud əsaslı müəssisə proqramları bu texnologiyanın imkanlarından faydalana biləcək. 65%-i isə bulud əsaslı xidmətləri ilə müəssisələrində süni zəkadan istifadə edəcək. Bundan başqa, 2020-ci ildən süni zəka ilə hazırlanan müəssisə proqramlarının və bulud əsaslı süni zəka xidmətlərinin payı müvafiq olaraq 87% və 83% artacaq.

Səhnə 5 G-dir.

5G naqilsiz şəbəkələr zamanla həyatımıza daxil olacaq. Bu isə istifadəçilər, biznes subyektlərinə üçün daha sürətlə əlaqə qurmaq imkanı verəcək. Bundan başqa, proqnozlaşdırılır ki, telekommunikasiya şirkətləri yeni gəlir fürsətləri əldə edəcək. Hesabatda hazırda 72 operatorun test mərhələsində olduğu qeyd olunur. 2019-cu ildə 25 operator da 5G xidməti təqdim etməyə davam edəcək. 2020-ci ildə bu rəqəmin 2 qat artacağı proqnozlaşdırılır.

Hesabata görə, 2019-cu ildə ümumilikdə 1 milyondan çox 5G-ni dəstəkləyən telefon satılacaq. Bu sayın 2020-ci ildə 15-20 milyona qədər yüksəlməsi gözlənilir. 1 milyondan çox isə puck/modem satışı gözlənilir.

Araşdırma ilə bağlı açıqlama edən “Deloitte Türkiyə texnologiya, media, telekommunikasiya sənayesi lideri Metin Aslantaş deyib ki, “builki araşdırma 2019-cu ilin sürətlə inkişaf edən naqiliz kommunikasiya sənayesi və süni zəka texnologiyaları hesabına, vacib fürsətlər və yeni investisiyaların gündəmə gələcəyi il olacağına işarə edir.

“Deloitte Global 2019 TMT” hesabatında yer alan digər başlıqlar isə belədir:

- Radioya maraq davam edəcək- “Deloitte” inkişaf etməkdə olan ölkələrdə fərqlilik görsə də, inkişaf etmiş ölkələrdə ölkə əhalisinin 85%-nin (2018-ci illə müqayisədə eyni) radioya qulaq asmağa davam edəcək.

- eSpor inkişafına davam edəcək-Şimali Amerikada e-spor bazarının: reklam, yayım lizenziyası, franchise satışı ilə 35% inkişaf edəcəyi gözlənilir. Qlobal eSpor bazarı 32%-lik böyümə ilə 1 milyard dollara çatdı.

- 3 D printer bazarının inkişafı: Müəssisələr üçün 3 D printerlər, məhsullar və böyük firmalar tərəfindən təklif edilən xidmətlərin satışının 2019-cu ildə 2,7 milyard dollar aşması və 2020-ci ilə qədər illik 12,5%-lik böyümə payı ilə 3 milyard dollara çatması gözlənilir.

- Quantum kompüterlər fürsəti: Proqnozlara görə quantum kompüterlər qarşıdakı 10 ildə yeni texnologiyalardakı ən böyük gəlir fürsətlərindən biri olacaq. Amma onun klassik kompüterlərin yerini alacağı ehtimalı isə azdır. Bundan başqa, gələcəkdə quantum kompüter bazarının süper kompüter bazarı ilə müqayisə oluna biləcəyi gözlənilir. (2030-cu illərdə ildə təxminən 50 milyard dollar).

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256