PR

Dolların yüksək qiyməti “Apple”ı da “vurdu”: Tim Kuk məktub yolladı
07 YANVAR
200

Dolların yüksək qiyməti “Apple”ı da “vurdu”: Tim Kuk məktub yolladı

2019-01-07 12:31:00

“Apple”in səhmlərinin dəyəri dünən “Nasdaq” birjasında 10% düşüb. Günə 155 dollarla başlayan şirkətin səhmlərinin dəyəri 142 dollar ilə bağlanış edib.

Fins.az xəbər verir ki, şirkətin səhmlərindəki azalmanın səbəblərini şirkətin baş icraçı direktoru Tim Kukun investorlara göndərdiyi məktubdan da öyrənmək mümkündür. 

Tim Kukun investorlar üçün yayımladığı məktub

Kuk məktubunda qeyd edir ki, bazara çıxardıqları yeni modellər fərqli ölkələrdə, fərqli zamanlarda satışa çıxarılır. Bu isə şirkətin gəlirlərinə təsir göstərir. Baş icraçı direktorun səhmlərdə azalmanın ikinci səbəbi kimi dünya bazarında ABŞ dollarının güclü bir mövqeyə sahib olmasını göstərib. Bu da “Apple”in gəlirlərini ötən ilin eyni dövrü ilə müqayisədə 200 bənd azaldıb. Başqa bir səbəb kimi isə təchizat məhdudiyyəti göstərilir. Dördüncü olaraq isə inkişaf etməkdə olan bazarlardakı iqtisadi zəifləmə önə çıxarılır. Bu da, “Apple”in daha öncə proqnozlaşdırılan gəlirlərində azalmağa səbəb oldu. “Apple” məhsullarının satışa çıxarıldığı 2018-ci ilin oktyabr-dekabr aylarında 89-93 milyard dollarlıq gəlir gözlənilirdi. Amma Kukun paylaşdığı məktubda bu gözlənti artıq 84 milyard dollar səviyyəsinə düşdüyü bildirilib.

Çin-ABŞ ticarət müharibələri

“Apple”in CEO-su Tim Kukun məktubunda inkişafda olan bazarlarda yaşanan problemlər detallı şəkildə dəyərləndirilir. Məktuba görə, bu bazarlar arasında Çin ön plana çıxır. Qeyd olunur ki, Çin və ABŞ arasındakı ticarət müharibələri “Apple”in satışlarının düşməsinə ciddi şəkildə təsir edir. Həmçinin 2018-ci ilin ikinci yarısında Çinin iqtisadiyyatında azalma da göstərilir. Bununla paralel olaraq məktubda Kuk yazır ki, Çin “ağıllı” telefon bazarında daralma üst səviyyədədir. “Apple”in Çindəki “iPhone” satışları enib, amma telefon xaricində olan məhsul kateqoriyasında (Xidmətlər, Mac, iPad və Geyinilən cihazlar/Ev/Aksessurlar ) illik 19%-lik artım qeydə alınıb. Tim Kuk məktubunda Çin və digər inkişafda olan bazarlar xaricində baş verən məsələlərə də toxunur. Kuk yazır ki, inkişaf etmiş bazarlarda “iPhone” modellərinə keçid gözləniləndən yavaş baş verir, makroiqtisadi proseslər və dolların yüksək qiyməti adıçəkilən bazarlarda satışların enməsi üçün zəmin hazırlayır.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264