PR

İlin kəlməsi seçilən “nomofobiya” və dəyişən vərdişlərimiz
04 YANVAR
294

İlin kəlməsi seçilən “nomofobiya” və dəyişən vərdişlərimiz

2019-01-04 11:30:00

Öncə bilməyənlər üçün deyək ki, “nomofobiya” qısaca cib telefonundan məhrum qalmaq qorxusu, qayğısı olaraq dəyərləndirilir. Bu, anlayışı, ya cib telefonsuz qalma, ya da cib telefonundan istifadə etməmək fikrinin yaratdığı narahatlıq şəklində də izah edə bilərik. Fins.az xəbər verir ki, “Cambridge Dictionary”nin açıqladığına görə, 2018-ci ilin kəlməsi “nomofobiya” seçilib. Bəs bu kəlimə özündə nəyi ehtiva edir? “Niyə müasir dövrümüzdə nomofobiya deyilən bir kəliməyə ehtiyacımız var? Əslində, vəziyyəti istənilən birinin bir günün analiz edərək çox asan şəkildə izah edə bilərik. Məsələn, səhərlər yuxudan cib telefonumuzdakı zəngli səsin hesabına oyanırıq. Bir çoxumuz daha çox vaxt keçirdiyi sosial media hesablarını oyanar-oyanmaz yoxlayır. İşə, məktəbə gedərkən yolda telefon ilə “başımızı qatmağa” davam edirik. Musiqiyə qulaq asırıq, sosial media hesablarımızı yoxlamağa davam edirik. İşə getsək də, davamlı olaraq sosial məcralarda sevdiklərimizlə söhbət etmək üçün onlayn oluruq. Bu, məcralarda baş verən yenilikləri, gündəmi qaçırmırıq. Axşam TV izləyəndə belə, ya əlimizdəki telefonla alış-veriş edir, ya da fərqli məcralarda vaxt keçiririk. Ehtiyac olanda belə, 10 saniyə içində birinə pul transferi edə bilirik. Bəli, ola bilər ki, kimsə bunu daha az, bir başqası daha çox edir, amma təxmini baxdıqda vaxtımızın böyük qismini telefonda keçiririk. Yuxarıda saydıqlarımla həyatımızı asanlaşdırdığımıza, sosiallaşmağımıza inanırıq və bu vəziyyətdən heç də narahat olmuruq. Təbiətin qoynunda olduqda belə mütləq foto çəkir, onu biriləri ilə paylaşmaq ehtiyacı hiss edirik. Cib telefonu, sanki bütün bunları edə bilən “ağıllı” üzvlərimizdən birinə çevrilir. Bir gün cib telefonu olmasa fikrini qəbul edə bilmirik. Cib telefonu istifadə etmədən biri ilə sözləşib görüşə bilərikmi? Pulumuz bitdikdə birindən borc istəmək üçün növbəti günü gözləyə bilərikmi? Gözləyərik, amma buna ehtiyac yoxdur ki.... Çünki cib telefonu var. Ona görə də, onun olmaması fikri insanları xəstəlik dərəcəsində qorxudur. Təsəvvür edin ki, son 10 il bundan öncə, bu alət ilə sadəcə SMS atırdıq, ilan oyunu oynayırıq, bir-birimizə zəng edirdik. Cib telefonlarının bu qədər həyatımıza yer etməsi əslində məni dəhşətə gətirir. Əslində kimdən soruşsanız bu vəziyyətin fərqindədir. Amma yenə də telefonlarını əlinə alıb, özlərini yenidən eyni girdabın içinə salırlar. Bu ifadənin tam qarşılığı asılı olmaqdır.

Doğrudan da təsəvvür etmək çətindir ki, bu vəziyyət nə vaxta qədər davam edəcək? Həyat ritmimiz nə qədər sürətlənə bilər və biz daha nə qədər sosiallaşa bilərik. Ən vacibi isə bir şeylərdən daha nə qədər asılı olacağıq, bilmirəm. Gözləyək, görək 2019-cu ilin kəlməsi nə olacaq....”, - deyə Pazarlamasyon.com-un müxbiri yazıb.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269