PR

IKEA rusları təbrik etdi, amma ironiya ilə...
28 DEKABR 2018
305

IKEA rusları təbrik etdi, amma ironiya ilə...

2018-12-28 13:16:00

IKEA kompaniyası rusiyalıları qarşıdan gələn Yeni il bayramı ilə bağlı təbrik edib. Şirkətin “Instagram” platforması üzərindən ənənəvi “Paytaxt salat”ının (Oliviye) hazırlanma resepti təqdim edilib. Fins.az xəbər verir ki, təlimat İsveç mebel riteylerinin adət edilmiş stilində hazırlanıb. Birinci səhifədəki fotoda “Paytaxt Salat”ının sxematik təsviri göstərilir. Daha sonra, salatın hazırlanmasında istifadə olunan əsas məhsullar qeyd olunur. Məhsullardan başqa, biz fotoda hətta bıçaq, sütrkəc, sevgini əks etdirən ürək fotosunu görürük. Üçüncü səhifədə isə salatın hazırlanması qaydası göstərilir. IKEA qeyd edir ki, yaxşı olar ki, siz salatı məhz “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmi altında hazırlayasınız. Salat hazır olanda onun dadına baxmaq istəyən ev sakinlərinə isə ənənəvi olaraq bu sözü deməlisiniz. “Hələ yemə bu Yeni il üçündür”.

Təlimatda göstərilir ki, “Paytaxt salat”ı bayram süfrəsinin mərkəzində yer alır. Beləliklə, həmişə olduğu kimi IKEA bununla məhdudlaşmır və ironiyasından geri qalmır. Belə ki, salatın hazırlanması haqqında təlimat IKEA-nın ironiyası ilə bitir : “Happy new olivyear”. Platforma istifadəçiləri şirkətin kreativliyini belə qiymətləndiriblər: “Bu, əladır”, “ Bu ki, xəyalların təlimatıdır”. Və onlar yenidən salatın tərkibini müzakirə etməyə başlayıblar. Bununla yanaşı, istifadəçilərdən biri postdakı detalların tam, aydın olmamasından gileylənib. İsifadəçilərdən bəzisi isə qeyd edib ki, post IKEA-nın istənilən ironiyalı təlimatlarından biridir.

© facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264