PR

Məşhur şirkətin rəhbərliyində istefalar
28 DEKABR 2018
283

Məşhur şirkətin rəhbərliyində istefalar

2018-12-28 12:33:00

“Türk Telekommunikasiya” AŞ-nin İctimaiyyəti İşıqlandırma Plaformasında (KAP) etdiyi paylaşıma görə, şirkətin İdarə Heyətinin üzvü Nureddin Nebati, müstəqil İdarə Heyəti üzvlərindən olan Sefer Turan və İbrahim Eren istefa edib. Fins.az xəbər verir ki, “Anadolu Agentliyi” yazır ki, Sefer Turanın boş qalan yerinə, sələfinin qalan vəzifə öhdəliklərinin icrasını yerinə yetirmək üçün Nureddin Nebati gətiriləcək. KAP-dakı açıqlamaya, əsasən bu, Türk Ticarət Qanunun 363-cü maddəsinə görədir. Nureddin Nebati vəzifəsinin icrasında yalnız Kapital Bazarları üzrə Şuranın təsdiqindən sonra başlaya biləcək. Türk Telekom AŞ-nin İdarə Heyətinin üzvlüyündən istefa edən İbrahim Erenin “Türksat AŞ”-nin İdarə Heyətinin üzvlüyünə, Sefer Turanın isə TTNET İdarə heyətinin üzvlüyünə gətiriləcəyi qeyd edilib. 

© facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269