PR

“Uber” fəaliyyətini dayandırıb?
24 DEKABR 2018
290

“Uber” fəaliyyətini dayandırıb?

2018-12-24 15:10:00

Taksi daşıyıcısının beynəlxalq əlavəsi Rusiya bazarında işləməyəcək, onun əvəzində isə “Uber Russia” əlçatan olacaq. Fins.az xəbər verir ki, şirkətin xəbərində deyilir ki, Uber-in köhnə əlavəsini yalnız xaricdə istifadə etmək mümkün olacaq. Rusiya ərazisində isə “Uber Russia” əlavəsi hazırlanıb onu artıq “App Store” və “Google Play”dən yükləmək əlçatandır. Rusiyada taksi daşıyıcısının beynəlxalq əlavəsinin dayanmasına səbəb, “Yandex”in taksi daşıyıcısı ilə bağlıdır. Onlar ilin əvvəlində Rusiyada birlikdə müəssisə yaradıblar. Adıçəkilən şirkətin səhmlərinin 36,6%-i “Uber”ə, 59,3%-i isə “Yandex”ə aid olub. İnternet şirkətinin investisiyanın həcmi 100 milyon dollar, taksi daşıycısının isə 225 milyon dollar həcmdədir. Beynəlxalq taksi daşıyıcısı olan “Uber”in biznesi beləliklə “Yandex.Taksi”nin tərkibə daxil olub və bu isə “Uber”ə adıçəkilən bazar üçün ayrıca əlavənin buraxılmasını ardınca aparıb.

“Uber Russia” ölkənin 50 şəhərində hərəkət edəcək. Daha əvvəl isə bu rəqəm cəmi 16 olub. Beləliklə, yeni hərəkət istiqamətinə daha 34 şəhər də əlavə olunub.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266