PR

Qonşu ölkədə ilk bitkoin ATM-si açıldı
24 DEKABR 2018
274

Qonşu ölkədə ilk bitkoin ATM-si açıldı

2018-12-24 13:06:00

Dünyada çoxsaylı bitkoin ATM-ləri kriptovalyutaya əlçatanlığı artırır və kriptovalyuta bazarını inkişaf etməsinə kömək olur.

Fins.az xəbər verir ki, kriptokoin saytı yazır ki, “Koineks” baş icraçı direktoru Faruk Fatih Özer deyib ki, ilk belə ATM-i City’s Nişantaşı alış-veriş mərkəzində istifadəyə verilib. Özer məsələ ilə bağlı deyib ki, “Koineks olaraq ölkəmizdə ilki həyata keçirməkdən xoşbəxtik. Dünyada bitkoin alış və satış işlərini asanlaşdıran çox sayda ATM var. Türkiyədə bu sahə tələb əsasında zamanla artacaq. Koinesk olaraq istifadəyə verdiyimiz Tükiyənin ilk bitkoin ATM-si ilə Bitokin və Altkoin əməliyyatları hər kəs tərəfindən asanlıqla həyata keçiriləcək”, - deyib.

Dünya miqyasında 4000-dən çox bitkoin ATM-i var. Bu sayı ənənəvi ATM-lərlə müqayisə etdikdə, hər gün altıdan çox ATM-in onlayn hala gəldiyinin şahidi oluruq. Şimali Amerika hazırda 71,3% ilə bitkoin ATM-lərinin böyük bir hissəsini əlində cəmləşdirib.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264