PR

“Odnoklassniki” bu musiqiləri ilin hitləri seçdi - SİYAHI
21 DEKABR 2018
285

“Odnoklassniki” bu musiqiləri ilin hitləri seçdi - SİYAHI

2018-12-21 14:54:00

“Odnoklassniki” (OK) başa çatmaqda olan il ərzində istifadəçilərə çox yaxşı məlum olan musiqi hitlərinin reytinqini tərtib edib. Sosial şəbəkədə əsas hit kimi HammAli & Navai qrupunu adlandırıblar. Buna səbəb isə adıçəkilən platformanın musiqi bölümündə 2018-ci ilin yeni hitləri arasında ən çox qulaq asılan elə HammAli & Navai qrupu olub. Fins.az xəbər verir ki, reytinqin ikinci pilləsində isə Anivar və KAZKA qərarlaşıb. Elə buna görə də, KAZKA-nın “Ağladı” (Plakala) mahnısı 2018-ci ildə OK-da olan yeni sənətçilərin trekləri arasında əsas hitlərdən biri olub. 2018-ci trekləri arasında ən çox qulaq asılan janrlar - pop musiqisi və rep/hip-hop olub. OK-un tərtib etdiyi reytinqin 8-ci pilləsinə, həmçinin rəqs janrının ifaçısı olan MARUV “Drunk Groove” mahnısı ilə düşüb. 2018-ci ilin ən populyar trekləri arasında, həmçinin aşağıdakı ifaçı və musiqilərin adları yer alıb. Grivina (Mən istəyirəm), MATRANG (Меduza), GAZIROVKA (Black, Nirvana), Leşa Svik (Malinovii svet), RASA (Pod fonaryom) və CYGO (Panda E).

Daha əvvəl sosial şəbəkənin istifadəçiləri səsvermə əsasında ilin əsas hitini seçib ona onlayn mükafat (Ən yaxşı – Samii Ok) vermişdi. Səsvermədə iştirak edən istifadəçilərin fikrincə, ilin ən yaxşı hiti Filipp Kirkorovun “Əhval ruhiyyənin rəngi mavidir) mahnısı olub.

Xatırladaq ki, 31 dekabrdan 1 yanvara keçən gecə “Odnoklassniki”nin müstəqil yeni il birbaşa yayımı olacaq. Əsl yeni il gecə şousunun konsepsiyasına görə, izləyicilərə yeni il proqramını müəyyən etməyə imkan veriləcək. Yeni ilə aid birbaşa efirdə МакSим, “Moya Mişel” qrupu, Елка, JukeBox Trio, Burito, Timur Rodriqez, Stas Kostyuşkin, Aleksandr Revva və s. müğənnilər iştirak edəcək.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267