PR

Kevin yenidən öz evində - Video
21 DEKABR 2018
418

Kevin yenidən öz evində - Video

2018-12-21 10:19:00

“Google Assistant” Kevinə evdə vaxtı darıxdırıcı keçirməməyə və soyğuncuları qorxutmağa kömək olur.

Fins.az xəbər verir ki, məşhur “Evdə Tək” filminin qəhrəmanı Kevin Makkalisteri canlandıran aktyor Makoley Kalkin “Google”un yeni reklam çarxında iştirak edib. Şirkətin “Google Assistant” xidmətini reklamı üçün Kalkinə əfsanəvi filminin bir çox kadrlarını təkrarlamaq lazım olub.

Xüsusən, hamının filmdə yaxşı xatırladığı karton insanlarla Yeni il gecəsini hələ demirik. “Home Alone Again” (Yenidən evdə tək) adlandırılan film bir gün əvvəl “Google”un rəsmi “YouTube” kanalında yayımlanıb. Evdə yenə Kevin Makkalister tək qalıb. İndi böyüyən oğlana isə “Google Assistant” kömək olur.

Çarxın sonunda baş qəhrəman soyğunçuları qorxutmaq üçün Yeni il gecəsi karton fiqurlarla şənlik təşkil edir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264