PR

Reklam agentliyində eşidə biləcəyiniz terminlər
19 DEKABR 2018
292

Reklam agentliyində eşidə biləcəyiniz terminlər

2018-12-19 15:26:00

Fins.az yerli reklam agentliyində eşidə biləcəyiniz ingilis dilində olan terminlərin siyahısını oxucularımız üçün hazırlayıb.

1. SMM – Sosial Media Marketinq (sosial şəbəkələrdə marketinqlə məşğul olaraq malların satışının təşkil olunması) 

2. Briefing – Təlimat; brifinq

3. B2B (Business to Business) – B2B (şirkətlərarası sövdələşmə, şirkətlərə, təşkilatlara satış, korporativ satışlar. şirkətin şirkətə satış etməsi)

4. B2C (Business to Consumer) – B2C (fərdlərə,müştəriyə satış)

5. Brainstorming – Əqli hücum üsulu (yeni fikirləri, ideyaları yaratma prosesidir)

6. CPC (Cost per Click) – Sayta yerləşdirilmiş baner və ya reklam xarakterli materialların üzərinə klik eləməklə (tiklamaqla), klik sayına uyğun ödənişin edilməsi

7. Case – Praktikadan götürülmüş real bir vəziyyət, hadisə

8. Ecosystem – Ekosistem (bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olannövlərin əmələ gətirdikləri davamlı, tənzimləyən sistemidir)

9. Go-to-market strategy – Marketə daxil olma strategiyası (müştərilərə unikaldəyər təklifini çatdırmaq və rəqabət üstünlüyünə nail olmaq üçün daxili və xarici resurslardan istifadə edərək, təşkilatın planıdır)

10. KPI (Key Performance Indicator) - Əsas Effektivlik Göstəriciləri (təşkilatınstrateji və taktiki məqsədlərə çatmasına kömək edən vahid performansgöstəriciləri)

11. Meetups - Qeyri-rəsmi görüş və ya toplantı (Eyni maraqlarda olan insanlar üçün fərdi tədbirləri təşkil etmək məqsədilə istifadə olunan bir xidmətdir)

12. Mentor – Mentor (nümunəvi biznes biliyi, davranış, bacarıq kimi örnəyinəəsaslanaraq daha yeni bir insanın və ya layihənin formalaşmasına təkan verən bir şəxs)

13. Naming – Ad vermə prosesi (bir şirkət, məhsul və ya xidmət üçün bir brendadı vermək prosesi. Şirkətin marketinq strategiyasının ən vacib hissəsidir)

14. Networking - Əlaqələr dairəsi (sosial və peşəkar fəaliyyətlər nəticəsində insanlarla etibarlı və uzunmüddətli münasibətlərin qurması və qarşılıqlı dəstəyin təmin edilməsidir)

15. Outsourcing – Xarici resursların istifadəsi (bir şirkətin müəyyən istehsal fəaliyyətinin və ya funksiyaların başqa bir şirkətə müqavilə əsasında ötürülməsi)

16. Product Placement - Brendin, məhsulun loqosunu, adını və digər atributunu kino, serial, veriliş, oyun və s-lərdə yerləşdirilməsi

17. Rebranding - Məhsul və ya xidmətin inkişafı üçün brendin hazırkı vəziyyətinin təkmilləşdirilməsi

18. Team building - Komanda quruculuğu (keyfiyyətli və davamlı performans üçün komandanın malik olduğu potensialı əvvəlcədən müəyyənləşdirmək)

Mənbə: Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi

Terminlərin izahı lüğəti

 

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272