PR

Fast-food restoran şəbəkələri pul itirir - TƏDQİQAT
07 DEKABR
158

Fast-food restoran şəbəkələri pul itirir - TƏDQİQAT

2018-12-07 11:38:00

Rusiyada sürətli qidalanma restoranları şəbəkəsi 2018-ci ilin 3-cü rübündə pul baxımından ötən illə müqayisədə 1,3% itirib. Buna baxmayaraq, 2018-ci ilin 3-cü rübündə Rusiyada sürətli qidalanma şəbəkəsi (fast-food) ziyarətçiləri özünə cəlb edə bilib.

Fins.az xəbər verir ki, bu barədə “Romir”in tədqiqatında deyilib.

Belə fast-food restoranlarına müştərilərin axını ötən illə müqayisədə 3% artıb. Bazarın liderləri ənənəvi olaraq “McDonal´s”, KFC və “Burger King” olaraq qalır. Alıcılar daha çox restoranların çeşidi ilə bağlı tələbkar olublar. Bazarın oyunçuları isə müştərilərin bu tələbini qarşılamaq, loyal auditoriyanı əldə saxlamaq üçün yeni məhsullar və promo-təkliflər hazırlayırlar. Məsələn, bir il öncə KFC öz biznesinə xarakter olmayan hot-doq məhsulunu bazara çıxarmışdı.

“Romir” tədqiqat şirkəti ev istehlak paneli “Romir Scan Panel” ilə təsdiq edir ki, KFC-nin bazara təqdim etdiyi bu məhsul müştərilər arasında sürətlə populyarlıq qazanıb. Belə ki, yeni məhsul adıçəkilən fast-food restoran şəbəkəsinə daha əvvəllər KFC-yə baş çəkməyən yeni müştərilər qazandırıb.

Onlar məhz hot-doq məhsulunu dadmaq üçün KFC-yə gəliblər. Auditoriya arasında \populyar olanlar həmişə “burger” kateqoriyasından məhsul seçiblər. “McDonald´s” bazarda burgerləri ilə liderdir. Buna baxmayarq KFC-də bu sahədə əsas oyunçu olmaq üçün fəal iştirak edir və bazardakı mövqeyini itirməkdə olan “Burger King”i təqib edir.

Bununla belə, bu restoranlar şəbəkələrinə məhsul kateqoriyaları üzərində təcrübə aparmalarına mane olmur. Məsələn, “McDonald´s” sentyabrın ortalarında mövsümü məhsulu olan “Qrik Maka”nın satışlarına start vermişdi. 3-cü rübdə məhsulun alınması tezliyi 2,5 dəfə artıb. İstifadəçilər arasında, həmçinin komo-menyusu da populyarlaşıb.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256