PR

Qlobal reklam bazarı üzrə proqnoz: 2019-cu ildə nə olacaq? - TOP10-luq
07 DEKABR
91

Qlobal reklam bazarı üzrə proqnoz: 2019-cu ildə nə olacaq? - TOP10-luq

2018-12-07 11:20:00

2019-cu ildə Rusiyanın reklam bazarı, gözləniləndən də yavaş böyüyəcək. “Publicis Media”ya daxil olan “Zenith”in proqnozuna görə, reklamverənlərin xərcləri 7,1% artacaq və 499,9 milyard rubla çatacaq. Əvvəlki proqnozda isə qeyd olunurdu ki, artım 8%, bazarın həcmi isə 500,1 milyard rubl olacaq.

Fins.az xəbər verir ki, xüsusilə, mətbuat və televiziya üzrə proqnoz aşağı salınıb

Daha əvvəl gözlənilirdi ki, növbəti ildə çap mətbuatı 4%, TV isə 7,3% reklam büdcəsini itirəcək. Amma yeni bölgü isə daha pessimistdir.

Artıq söhbət çap mətbuatında reklam büdcəsinin 10%, TV-də isə 4,9% pulun itirilməsindən gedir. 2018 və 2019-cu il üzrə radio və çöl reklamları üzrə proqnozda dəyişiklik baş verməyib, amma internet üzrə reklam büdcəsinin artımı gözlənilir.

Analtiklər cari ilin sonu üçün Rusiyanın dijital seqmeninin 17,6% (15,3%-ə qarşı-əvvəlki proqnoz), növbəti ildə isə 12,1% (12%-ə qarşı-əvvəlki proqnoz) olacağını gözləyir.

Proqnoza görə, artıq 2020-ci ildə internet üzərindən reklam büdcəsi 46% olacaq. Əvvəlki proqnoza görə isə söhbət 44,4%-lik artımdan gedirdi. “Zenith”in qiymətləndirməsinə görə, 2018-ci ilin sonuna qlobal reklam bazarı 581 milyard dollara çatacaq (+4,5%). Söhbət isə 0,1 bəndlik artımdan gedir. Ən yaxın perspektivdə isə bazarı ləngimə gözləyir. Artım tempi 4-4,2% arasında tərəddüd edəcək.

2018-2019-cu illərdə ən dinamik regional blok isə “qabaqcıl” Asiya ölkələri olacaq. Bura Çin, Hindistan, İndoneziya, Malaziya, Pakistan, Filippin, Tayvan, Tayland, Vyetnam daxildir. Adıçəkilən regional blok 7%-lik artım göstərəcək. Amma qarşıdakı 2018-2021-ci illərdə ən yaxşı orta illik dinamikanı Şərqi Avropa və Orta Asiya (+7,4%) göstərəcək.

Proqnoza görə, növbəti 3 ildə ilk TOP-10-luq praktiki olaraq dəyişməyəcək. Bazardakı liderliyi ABŞ, Çin, Yaponiya əlində saxlayacaq. Yalnız Hindistan İndoneziyanı TOP-10-luqdan sıxışdıracaq və reytinqdə 8-ci yerdə qərarlaşacaq. Təəssüf ki, Rusiya reklam bazarı TOP10-luğa daxil ola bilməyəcək, amma adıçəkilən ölkə dünya reklam bazarının artımında əhəmiyyətli “əmanətçi” olacaq.

Doğrudur ki, proqnoz ilə bağlı rəqəmlərə baxdıqda birinci (ABŞ) və 9-cu (Rusiya) arasına böyük boşluq var. Amma qeyd etmək lazımdır ki, 2018-2021-ci illərdə Amerikanın reklam bazarına 21,3 milyard dollar (29%) ştatlardan gələcək. “Zenith”in proqnozuna, əsasən 2018-ci ildə reklamverənlərin dijital reklam xərcləri 12% artacaq, amma 2018-2021-ci illər arasında isə orta artım tempi 9% olacaq.

Ən tez inkişaf edəcək altseqmentlər isə displey reklam bazarı olacaq. Məsələn, banner, onlayn-video, sosial şəbəkələrdə reklamlar və s. “Zenith” media içərisində onlayn-video və sosial şəbəkələrdə reklamların sürətlə artımın olacağını proqnoz edir.

Qiymətləndirmələrə görə, yaxın 3 il üçün söhbət müvafiq olaraq 18% və 13%-lik artımdan gedir. Kontekst asta templə (+7%) inkişaf edəcək, amma reklam bazarına pul baxımından ən çox gəliri onlayn-video ilə müqayisədə elə kontekst gətirəcək.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256