PR

Canlı mərcan: “Pantone” 2019-cu ilin rəngini açıqladı
06 DEKABR
80

Canlı mərcan: “Pantone” 2019-cu ilin rəngini açıqladı

2018-12-06 16:01:00

Hər dəfə cari ilin başa çatmasına az qalmış, yəni dekabrda ənənəvi olaraq “Pantone” (dizayn sənayesi üçün peşəkar rəng standartlarının və rəqəmsal həllərin istehsalçısı) ilin rəngini elan edir.

Fins.az xəbər verir ki, ilin rəngi ona görə elan edilir ki, bu dünya mədəniyyəti, ictimai əhval-ruhiyyə və cari tendensiyalar üçün vacibdir. İlin rənginin seçib prosesi elə də asan deyil. Bu dəqiq müzakirəni və tendensiyaların analizini tələb edir.

İl ərzində düzgün seçim etmək üçün “Pantone” rəng İnstitutu tərəfindən “Pantone” rəngi seçilir. İnstitutun mütəxəssisləri yeni rəngin axtarışı üçün demək olar ki, bütün dünyanı “ələk - vələk” edir. 2019-cu ilin rəngi 16−1546 (Living Coral) Canlı Mərcan seçilib. Yəni, narıncı rəngin həyatı canlandıran və nikbinlik qatan çaları ilə qızılı yarımtonlarla qarışığı.

“Pantone”dən yeni rəng seçimi ilə bağlı isə deyiblər ki, “biz təbiətdən enerji alırıq, mərcan rifləri isə yaşayış mənbəyi və dəniz həyatı üçün sığınacaqdır. Parlaq, amma yumşaq PANTONE 16−1546. Canlı mərcan bizi öz isti və qayğıkeş qucağına qəbul edir, bizə rahatlıq bəxş edir və daim dəyişən dünyamızda dayanmağa kömək edir”.

PANTONE 16−1546 Canlı mərcan rəngi özünün ünsiyyətcil və enerjili xarakteri ilə bizi qayğısız fəaliyyətə həvəsləndirir.

Bu, rəngdən reklamda istifadə

Sosial şəbəkələrdə

Living Coral-Canlı mərcan təbii şəraitdə olduğu kimi, insanlara ruhlandırıcı hisslər bəxş edir və beləliklə rəqəmsal mühitdə ən güclü təəssüratı yaratmış olur.Canlı mərcan rənginin parlaq və həyatı canlandıran xarakteri, istər sosial şəbəkələrdə, istərsə də dizaynda diqqətimizi cəlb edəcək.

Ərzaq dizaynında

Mütəxəssislər əmin edir ki, Canlı mərcan istənilən cins və yaş üçün hazırlanmış məhsullara uyğun gəlir. Pantone 16−1546 Canlı mərcan kimi dostcanlı strukturdan ibarət olan rənglər göz zövqümüzü oxşayan məhsullara olan ehtiyacımıza xitab edir.

Qablaşdırma dizaynında

Canlı mərcan rəngi qablaşdırma üçün ideal variantdır. İsti, cəlbedici, nikbin çaları, doğrudan da alıcını məhsulu rəfdən götürməyə dəvət edir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255