PR

Təhlükəli viral video “Volkswagen”in reklamı çıxdı
06 DEKABR
115

Təhlükəli viral video “Volkswagen”in reklamı çıxdı

2018-12-06 13:05:00

Bir müddət öncə internetdə 3 dost, onlardan birinin təkərin içində təpədən aşağıya yuvarlandığı video yayılmağa başladı. Videonun davamında isə təkərin içində fırlanan şəxsin az qala əsas yolda avtomobil ilə toqquşmasının şahidi oluruq.

Amma xoşbəxtlikdən sürücünün son anda avtomobilini dayandırması həmin şəxsi ölümdən xilas edir.

Fins.az-ın məlumatına görə, video “UNILAD”, “LADbible” və “9gag” kimi populyar saytlar üzərindən sürətlə paylaşılmağa başlayır və viral hala gəlir.

Videoya baxanların sayı 38 milyona çatanda isə “Volkswagen” açıqlayır ki, əslində çarxı onlar DDB agentliyi ilə birgə hazırlayıblar. Məqsəd təhlükəsizliyə fokuslanan “Volkswagen Polo”nu tanıtmaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255