PR

Martin Sorrell 150 milyon dollara yeni alış etdi: “Bu, ən yaxşı intiqam yolu olacaq”
05 DEKABR
104

Martin Sorrell 150 milyon dollara yeni alış etdi: “Bu, ən yaxşı intiqam yolu olacaq”

2018-12-05 15:56:00

Dünyanın ən böyük reklam agentliyi olan WPP-nın sabiq baş direktoru Martin Sorrell daha əvvəlki açıqlamasında qeyd etmişdi ki, “S4 Capital”ın uğuru “ən yaxşı intiqam yolu” olacaq. Bunun davamı olaraq Martin Sorrell yeni kompaniyanı gücləndirməkdə davam edir.

Fins.az-ın məlumatına görə, “The Guardian” nəşri yazır ki, onun xidmətlərinin spektrini genişləndirmək məqsədilə sabiq baş direktor rəqəmsal reklam bazarında ixtisaslaşmış “MightyHive” agentliyini 150 milyon dollara alıb.

Sorrell deyir ki, “MightyHive” agentliyi ilə “S4 Capital”ın birləşməsi, ikincinin həyatında ən böyük addımdır. Rəqəmsal reklam sahəsində ixtisaslaşan “MightyHive”ın alınmasından sonra, “S4 Capital” rəqəmsal reklamın alqı-satqısını avtomatlaşdıra, müştərilərinə rəqəmsal marketinq üzrə bütöv spektrdə xidmətlər təklif edə biləcək.

Bütöv xidmətlərə yaradıcı qərardan tutmuş, mediaplanlanmanın hazırlanması, reklamın yerləşdirilməsi və s. nəzərdə tutulur. Sorrell əmin edib ki, “MightyHive”ın TOP-menecerləri, “Google”un keçmiş CEO-su Piter Kim də daxil olmaqla öz vəzifələrində qalacaqlar, dəyişiklik baş verməyəcək. Tərəflər arasında saziş başa çatdıqdan sonra, razılığa görə, bütün əməkdaşlar bonus alacaq və 5 milyon dollar dəyərində təşviq fondu da yaradılacaq. “Bu strategiya və struktur səhmdarlar üçün uzunmüddətli dəyər yaradacaq”, - deyə Sorrell deyib.

Xatırladaq ki, Sorrell iyulda Hollandiyanın “MediaMonks” şirkətini 300 milyon avroya əldə etmişdi. Alış vaxtı o bu şirkət üçün ən yaxşı rəqəmi demiş, bununla da özünün keçmiş əməkdaşı olduğu WPP holdinqinin işinə müdaxilə etmişdi.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256