PR

Taleh Yüzbəyov: Yaradıcılıq azadlığı verən şirkətlərlə işləmək rahatdır
04 DEKABR
102

Taleh Yüzbəyov: Yaradıcılıq azadlığı verən şirkətlərlə işləmək rahatdır

2018-12-04 13:31:00

Facemark.az-ın “YÜZ production”un rəhbəri, aktyor Taleh Yüzbəyov ilə “Bank Respublika”nın yeni reklam çarxı ilə bağlı müsahibəsi:

-“FİL Agency”, “YÜZ Production”un “Bank Respublika” ilə birgə ərsəyə gətirdikləri reklam çarxı barəsində nə deyə bilərsiniz?

Sırf kartla ödəniş məsələsi, ancaq supermarket ilə yekunlaşmır. Ona görə də, bu məsələni başqa sahələrə də keçirmək istədik. Bu, reklam çarxı daha çox sürücülərə həsr olunub.

Avtomobili olan, Yanacaq Doldurma Məntəqələrindən (YDM) istifadə edən hər bir sürücü “Bank Respublika” ilə birgə ərsəyə gətirdiyimiz reklam çarxının məzə və zarafatını daha aydın başa düşəcək. Onu deyim ki, “Bank Respublika”nın timsalında sənə yaradıcılıq azadlığı verən şirkətlər ilə işləmək həmişə daha rahat və maraqlıdır.

- Sürücü, satıcı.. növbəti reklam çarxında bəs hansı sektora vurğu edəcəksiniz?

Sirrləri açmayayaq məncə. Təmassız ödənişlər ilə bağlı 3-cü mövzu ola bilsin ki, ailə olsun.

- “Bank Respublika”nın Azərbaycanda təmassız ödənişlərin inkişafı ilə bağlı hazırladığı reklam çarxının hazırlanması üçün neçə nəfər komanda cəlb edilmişdi?

“Yüz Production” olaraq, əslində komandamız elə də böyük deyil. Amma bu reklamda, aktyorlar ilə birgə təxminən 20-30 nəfər komanda var idi. Aktyorlar üçün obraz yazılandan sonra, çalışıram onları kriteriyalarıma görə, özüm seçim.

- Bu dəfəki reklam çarxında biz RƏİS obrazını bir qədər fərqli gördük. Bu nə ilə bağlı idi?

RƏİS obrazını canlandıran aktyor əməkdaşımız daha xarizmatik idi, ona görə də onu daha çox “gözümüz tutdu”. Baxışları sanki, “James Bond”a oxşayırdı. Ona görə də, xoşumuza gəldi.

Mövzu ilə bağlı daha əvvəlki yazıya keçid üçün linkə klik edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256