PR

“Coca-Cola” ənənəvi “Milad karavan”ının konsepsiyasını bu ölkədə dəyişdirdi - Foto
30 NOYABR
132

“Coca-Cola” ənənəvi “Milad karavan”ının konsepsiyasını bu ölkədə dəyişdirdi - Foto

2018-11-30 12:58:00

“Coca-Cola” tərəfindən “Milad bayramı karavan”ı Rusiyada ən isti sosial layihələrdən biridir. Bu il isə ənənəvi “Milad karavan”ının konsepsiyasında bir sıra dəyişiklik baş verəcək. Siz, eləcə də bütün Rusiyalılar üçün “Coca-Cola” yük maşını “Olivie” salatına (Paytaxt salatı) lazım olan məhsulları bir daha yoxlamağa səbəb idi desək yanılmarıq. Amma kampaniyanın genişmiqyaslı sosial missiyası haqqında məlumatlı deyildiniz. Elə isə bu mətn məhz sizin üçündür.

Bayram artıq yaxınlaşır - Bu nə deməkdir?

Parlaq lampalar ilə bəzədilmiş, “Coca-Cola”nın qırmızı yük maşınları ilk dəfə yolunu 2000-ci ildə Rusiyadan keçirmişdi. Hər şəhərdə “Coca-Cola”nın əməkdaşları və Rusiyadakı partnyorları öz dress-kodlarının yerinə Yeni il qəhrəmanlarının kostyumlarını geyinməyə başlayırlar. Onlar ehtiyacı olanlar üçün hədiyyələr və bayram şənlik proqramları hazırlayırlar. “Milad karavan”ı uşaq evləri, internat məktəblərinə, fiziki qüsurlu uşaqlar üçün mərkəzlərə, xəstəxanalara baş çəkir. Uzun müddət xəstəxanada yatan balaca uşaqları, aztəminatlı və kimsəsiz uşaqları himayə edən valideynləri şəhər meydançasına dəvət edirlər. Hər il kampaniyanın əhatə dairəsi və işirakçılarının sayı artırdı. Belə ki, 2017/18 mövsümündə 83 şəhərdən 19 000 uşağa bayram hədiyyələri verilib. “Coca-Cola Rusiya”nın 2000 əməkdaşı isə “Milad karavan”ı üçün könüllü olub.

İndi isə format dəyişir, sual yaranır.. Niyə?!

“Coca-Cola” öz inkişaf yolunun bütün tarixlərində inklüziv cəmiyyətin inkişafı üçün böyük təcrübə toplayıb. Burada əsas aktual problem yeniyetmələr arasında baryerin olmaması, eləcə də fiziki qüsurlu şəxslər üçün cəmiyyətdə pandusların, infrasturkurun yoxluğu və bunu üçün cəmiyyətin nəsə etməməsidir.

Daha əvvəl mövcud olan formatda uşaqlar “Milad karavan”ının əsas iştirakçısı idilər, onlar bayram hədiyyələri alırdılar, amma təcrübə yox. Əslində isə indi əldə edəcəkləri təcrübə onlara öz güclərinə inanmağa və gələcəkdə həyatlarını dəyişdirməyə kömək olacaqdı. Bütün bunlar onların adət etdikləri divarların arxasında baş verirdi. Hadisə də ötüb keçirdi. Beləcə balacalar üçün prinsipial olaraq heç nə dəyişmirdi, uşaqlara yenə də müəssisələrinin xaricindəki dünya tapmaca olaraq qalırdı.

Bəs 2018-ci ildə nə dəyişdi?

Yuxarıda da qeyd etdiyimiz kimi, bu il kampaniya transformasiyaya məruz qalacaq. 2018-ci ilin kampaniyasında şirkət yeniyetmələrə Yeni il bayramının hazırlanmasının iştirakçısı olmağa və müxtəlif xüsusi fəallıqlarda iştirak imkanı verməklə, ənənə alan hüdudları aşıb, dünyaya çıxmağa şans verəcək. Layihə dəyişir: İdeyanın müəllifləri çatdırılmanın da yeniyetmələr tərəfindən həyata keçirilməsini, onların hər birinə içlərindəki təşkilatçılıq ruhunu çıxartmasını reallaşdıracaq. Ölkənin 13 şəhərində xüsusi zonalarda böyük inklüziv meydançalar yaradılacaq.

Hər kəsə isə bayram şənliyinin bir hissəsi ola biləcək. Məsələn, siz bayram şənliyində unikal bayram açıqcaları yarada bilər, müxtəlif musiqi alətlərində elə birinci akkordları öyrənməkdən başlaya, hərəkətli oyunlarda özünü sınaya, özünü psixoloqun köməyi ilə tanıya və yeni obraz yaradıb onu fotozonda təsvir edə biləcəksiniz. eyd edilir ki, Milad küknarının altında peşəkar illüzionistlər uşaqlara müstəqil sehrbazlığın sirrlərini də öyrədəcəklər. Bayram şənliyinə yalnız tanımadığınız uşaqları dəvət edə bilərsiniz. Bu isə onlar arasında sosial əlaqənin yaranmasına kömək olacaq.

Təsəvvür edin ki, uşaq müəssisələrinin divarlarının arxasında da bir dünyanın olmasını göstərmək onları nə qədər sevindirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255