PR

30-dan sonra karyerasını dəyişən - UĞURLU 11 İNSAN
08 NOYABR
535

30-dan sonra karyerasını dəyişən - UĞURLU 11 İNSAN

2018-11-08 13:45:00

30-dan sonra karyerasını dəyişən - UĞURLU 11 İNSAN

Təəssüflər olsun ki, bir çox insan özünü tanımadan və öz potensialını düzgün dəyərləndirmədən karyera seçimi edir və həyatını bu seçimə görə davam etdirir. İnsan bəzən seçiminin doğru olmadığını bilsə də, bu qərardan dönmək elə də asan olmur. Odur ki, siz də artıq ixtisasınızı dəyişdirmək, fərqli sahədə karyera qurmaq üçün gec olduğunu düşünə bilərsiniz. Lakin yaşları çox olsa belə, seçimlərini dəyişib karyeralarını yenidən quran insanların sayı az deyildir.
 

1. Ceff Bezos



 

Ceff Bezos “Wall Street” – də kompüter elmləri sahəsində olduqca gəlirli bir karyeraya sahib idi. “Amazon” – u təsis edib e-ticarət dünyasına addım atmazdan əvvəl müxtəlif maliyyə qurumlarında yüksək vəzifələrdə çalışmışdı.

 

2. Jonah Peretti

30 – cu yaşlarında “Buzzfeed” və “Huffington POST” saytını təsis etməzdən əvvəl Jonah Peretti orta məktəb şagirdlərinə Microsoft Office proqramını tədris edirdi.
 

3. Taikichiro Mori

Taikichiro Mori “Mori Building Company” şirkətini qurduğu zaman 51 yaşında daşınmaz əmlak sərmayəçisi bir akademik idi. Uğurlu yatırımları 1992 – ci ildə 13 milyard dollar dəyərinə çatdığı zaman o, dünyanın ən varlı adamı oldu.
 

4. Julia Child

Tanınmış baş aşpaz olan Julia Child, ilk yemək reseptləri kitabını yazdığı zaman 50 yaşında idi. Daha əvvəl isə media və reklam sahələrində işləmişdi.
 

5. Terry Crews

Amerikalı komediyaçı və aktyor Terry Crews, mükafata layiq görülmüş şou proqramları olan “Everybody Hates Chris”  “Brooklyn Nine-Nine” – dan sonra insanların böyük rəğbətini qazandı. Terry 90 – cı illərin ortalarında müxtəlifNFL Milli Futbol Liqasının komandalarında müdafiəçi olaraq fəaliyyət göstərirdi.
 

6. Vera Wang

Vera Wang 40 yaşında moda sektoruna daxil olmazdan əvvəl jurnalist idi. Bu gün isə dünyanın ən tanınmış qadın modelyerlərindən biridir.
 

7. Dwayne Johnson

Dwayne Johnson iki dəfə öz karyerasını dəyişib. Əvvəl Kanada futbol liqasında müdafiəçi idi. Sonra futbolu tərk edərək 1996 – cı ildə Dünya Güləş Federasiyasına qatıldı. Bu da onun kəşf edilməsinə şərait yaratdı və o, 2000 – ci illərin əvvəllərində uğurlu bir aktyor oldu.
 

8. Ronald Reyqan

Ronald Reyqan ABŞ – ın 40 – cı prezidenti olmazdan əvvəl Hollywood aktyoru idi.
 

9. Sara Blakely

“Spanx” – ın qurucusu milyarder Sara Blakely 2000 – ci ildə 30 yaşında uğur qazanıb. Daha əvvəl isə 7 il boyunca qapı-qapı gəzərək ofis ləvazimatları satıb.
 

10. Arnold Şvartsenegger

O, iki böyük karyera dəyişikliyi edib. 20 yaşlarında Bodibildinq üzrə Dünya çempionu ikən, 30 yaşlarında mükafata layiq görülmüş bir aktyor idi. 2012 – ci ildə Kaliforniya ştatının qubernatoru olduqda isə 56 yaşı vardı.
 

11. Grandma Moses

Moses nənə olaraq tanınan Anna Mary Robertson Moses, rəssamlıq karyerasına 78 yaşı olanda başladı. 2006 – cı ildə rəsm əsərlərindən biri 1.2 milyon dollarasatıldı. Daha əvvəl isə o, ferma işçisi idi.

©Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258