PR

Yeni gün: Özümüzü işə necə motivasiya edək?
25 SENTYABR
266

Yeni gün: Özümüzü işə necə motivasiya edək?

2018-09-25 07:00:00

Bəzən elə olur ki, qarşımıza müəyyən bir məqsəd qoymağımıza baxmayaraq bu məqsədə nail olmaq üçün biz şəxsi motivasiya tapa bilmirik. Biz məqsədin vacibliyini anlayırıq, gözlədiyimiz bonusların siyahısını bilirik, lakin özümüzü işləməyə məcbur edə bilmirik.

Bu məqalədə biz sizə özünüzü neçə motivasiya edə biləcəyiniz haqqında tövsiyyələri təqdim edəcəyik.

• Özünüzü pozitiv şeylərə kökləyin

Pessimistlər özlərini daha çətin motivasiya edirlər. Yeni uğurlar və nailiyyətlər onlara sevinc bəxş etmir.

Optimistlər isə yeni qalibiyyətlərə can atırlar, asanlıqla yeni tanışlıqlar qururlar. Onlar sabahkı günə ümid ilə yanaşdıqları üçün özlərini işə motivasiya edə bilirlər.

• Sevdiyiniz işlə məşğul olun

Əgər siz həqiqətən də işinizi sevirsinizsə, sizin motivasiyaya ehtiyacınız yoxdur. Bu xüsusi ilə sizin işinizin ilkin mərhələlərində vacibdir, çünki bu zaman yeni işinizdən gözlədiyiniz qədər mənfəət əldə etmirsiniz.

• Mütəmadi olaraq fəaliyyət sahənizi dəyişin

Fəaliyyət sahənizi dəyişmək istirahətin ən yaxşı növüdür. Biz sevdiyimiz fəaliyyətlə məşğul olduğumuz halda belə bəzən elə olur ki, özümüzü işləməyə məcbur edə bilmirik. Belə olduğu halda diqqətinizi başqa nə iləsə dağıtmağa çalışın. Əgər siz məqalələr yazırsınızsa, idman zalına gedin və yaxud internetdə layihə aparırsınızsa – brauzerinizi bağlayın və ev işlərinizi görün.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255