PR

Məsuliyyət Nailiyyətdir
24 SENTYABR
163

Məsuliyyət Nailiyyətdir

2018-09-24 12:18:00

Biz öz məsuliyyətimizi dərk etməliyik. Həyatda layiq olduğumuz yeri tutmaq, layiq olduğumuz həyatı yaşamaq üçün məsuliyyətlərimizi layiqincə yeirinə yetirməliyik.

Özünə nəzarət, özünə cavabdehlik bir sözlə məsuliyyət hissi uğura gedən yolda ən vacib şərtlərdən biridir. Uğurun şərtlərinə əməl etməyib “öz kefləri istəyən kimi yaşayanlar” heç bir uğur gözləməsinlər. Sözü qiymətli edən ona əməl etməkdir.

Uğurlu insan məsuliyyətli insandır. Uğurla məsuliyyət arasındakı balans həmişə qorunmalıdır. Çünki, məsuliyyət uğur səbəbidir. Məsuliyyətlə uğura nail olmalı, uğurla məsuliyyəti qorumalı və məsuliyyətlə uğurlarımızı davam etdirməliyik. İnsan öz məsuliyyəti ilə uğura nail olur və öz məsuliyyətsizliyi ucbatından da özünü uğurdan məhrum edir. Məsuliyyət daşımasan səlahiyyətlərin əlindən alınacaq. Məsul şəxs, səlahiyyətlərini məsuliyyətlə yerinə yetirən şəxsdir.

Biz, yalnız öz məsuliyyətimizi dərk edərək və öz məsuliyyətimizi yerinə yetirərək öz həyatımızı yaxşılaşdıra bilərik. Öz həyatı üçün, öz  uğuru üçün məsuliyyət daşıyan insan uğurlu insandır. Məsuliyyət nailiyyət səbəbidir.

Rəşadət Hidayətov

cazibe.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259