PR

Kompaniyanın siması olmaq asandırmı?
30 AVQUST
150

Kompaniyanın siması olmaq asandırmı?

2018-08-30 15:15:00

PR-meneceri vəzifəsində çalışan şəxslərə və ya bəzilərinin dili ilə desək “piarçı”lara sözün əsl mənasında həsəd aparmağa dəyər: bütün günü ünsiyyət, maraqlı hadisələr və tədbirlər, böyük tanışlıq əhatəsi. Amma peşəkarlar dəqiq bilirlər ki, bu peşənin parlaq ictimai həyatının arxasında həm də gərgin iş qrafiki, böyük məsuliyyət və bir yığın öhdəlik dayanır və bütün bunlar onunla bağlıdır ki, PR menecer həm də kompaniyanın simasıdır.

Təhsil

Əgər siz ixtisasca filoloq və ya jurnalistsinizsə bu sahədə iş tapmaq şanslarınız çoxdur, amma əgər diplomunuzda elə “PR menecer” sözləri yazılıbsa, onda digərlərinə nisbətdə sizin imkanlarınız daha genişdir. Həm də nəzərə alın ki, sanballı kompaniyalar öz sıralarında artıq təcrübəli PR işçisini görmək istəyirlər, öz yeni iş yerinə artıq KİV-ilə formalaşmış kontaktlar, bilik və səriştə  ilə gələn menecer. Buna baxmayaraq, naşı mütəxəssislərin şansları da az deyil. Əsas odur ki, yüksək intellekt, xoş xarici görünüş və səlis danışıq qabiliyyətinə malik olasan.

İctimai peşə

PR menecerin nə ilə məşğul olduğu elə onun peşəsinin adından (public relations –ictimai əlaqələr) görünür, o kompaniya ilə xarici dünya arasında dialoq qurur. Bu gün hətta bazarın çox balaca seqmenti üçün ar ixtisaslı məhsul istehsal edən müəssisələrdə PR fəaliyyətinin xidmətinə ehtiyac duyurlar. Ölkə öz qəhrəmanlarını tanımalı, dünya da bu kompaniyanın varlığından xəbər tutmalıdır –yoxsa rəqib kompaniyalar göz qırpımında sizi geridə qoyacaqlar!

Öhdəliklər dairəsi peşənin xüsusiyyətləri ilə müəyyən olunur. Ictimaiyyətlə əlaqələri təmin etmək –tez-tez göz qabağında olmaq, heç də həmişə populyar olmayan qərarlara dair şərh vermək, cəmiyyətə çatdırılam informasiyanı, həm də öz sözlərini ciddi şəkildə süzgəcdən keçirir.  Əlbəttə ki, həmişə özünə inamlı və gözəl görünmək və diplomatik davranmaq. Əgər mütəxəssis bütün bu keyfiyyətlərə sahibdirsə, ondan onun İctimai Əlaqələr sahəsində karyera qurmağa hər cür şansı vardır.

Lakin bu vəzifələri bu tip qruplaşdırmaq olar

•    informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
•    mətbuatın monitorinqi;
•    əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat banklarının yaradılması;
•    tədbirlərin təşkili, dəvət olunanların siyahısının hazırlanması,
•    nəşriyyat materiallarının (emblem və loqoların, vizit kartlarının, firma blanklarının, dəvətnamələrin və s.) hazırlanması;
•    press-relizlərin hazırlanması;
•    PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
•    dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
•    PR xərcləri üzrə büdcəyə nəzarət.

İşəgötürənlərin tələbləri

İndi isə sizə işəgötürənlərin PR-menecer vəzifəsinin namizədlərinə qarşı irəli sürdüyü rəsmi tələbləri təqdim edirik:

-ictimai əlaqələr, jurnalist və ya filologiya sahəsində təhsil;
-iş təcrübəsi, KİV ilə kontaktların mövcudluğu;
-PR konsepsiyasının yaradılması təcrübəsi, müzakirə obyektinə çevriləcək hadisələrin quraşdırılması, konkret PR tədbirlərinin həyata keçirilməsi;
-press-relizlər, məqalələr və  ən fərqli reklam daşıyıcıları üçün reklam hazırlamaq səriştəsi;
– savadlı, şifahi və yazılı nitq;
– münasib, xoşagələn zahiri görünüş, əla kommunikasiya bacarıqları, məhdud zaman çərçivəsində əla nəticə göstərmək qabiliyyəti;
-analitik düşüncə tərzi, böyük həcmlərdə informasiyanı qəbul etmək və qavramaq bacarığı, bu informasiyadan baş çıxarmaq, istiqamət götürmək və bu informasiyanı öz işində effektiv istifadə edə bilmək;
– əcnəbi dilləri (ingilis və rus) bilən namizədlərə böyük üstünlük verilir.

Qarışıq sahələr

Daxili PR-ın isə vəzifələri nisbətən fərqlidir, o şirkət daxili tədbirləri (konfrans, treninq, şənliklər) təşkil edir, həmçinin korporativ nəşrlərə də nəzarət edir.

Bu günlərdə PR mütəxəssisləri həmçinin də şirkətin internet-sosial məkanlardakı obrazını formalaşdırmağa çalışırlar, bu zaman PR və İnternet marketinqin vəzifələri bir-birinə qarışır. PR menecerləri sosial şəbəkələrdəki forumlarda iştirak edir, kompaniyanın səhifəsini yaradır və onun məzmununa nəzarət edir, digər səhifələrdə şirkət haqqında gedən söhbətlərdə onun nüfuzunu və maraqlarını qorumağa çalışır.  Bir növ sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətlə əlaqələr yaradır. Bəzən çox da böyük maddi bazası və işçi heyəti olmayan şirkətlər bir insanın simasında həm PR, həm də dizayn biliklərini bazasına malik olan insanı axtarır ki, həm hə reklam maketlərini hazırlaya bilsin, çap materiallarına lazımı format versin. Ona görə də qrafik redaktorlar ilə işləmə  biliklərinə yiyələnmiş namizədlər  bu rəqabətli bazarda daha çox üstünlük əldə edəcəklər

banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253