PR

Vermək, yoxsa Almaq?
13 İYUL
128

Vermək, yoxsa Almaq?

2018-07-13 13:46:00

Müasir dünyada uğur qazanmaq üçün nə etmək lazımdır? Hansı yanaşma tərzi bizi və ətrafımızdakıları uğura apara bilər? Məhşur psixoloq Adam Qrant “Vermək və Almaq” adlı məhşur kitabında bu sualları cavablandırmağa çalışır. www.readit.az saytı olaraq sizi saytımızda qısa məzmunu yerləşdirilmiş bu maraqlı kitabla tanış etmək istəyirik.

Qrant düşünür ki, uğurlu insanların bəzi ümumi xüsusiyyətləri var: motivasiya, istedad, şans və güclü əlaqələr. Müəllif kitabda insanları, xüsusilə də, biznes dünyasında fəaliyyət göstərənləri üçün qrupa ayırır: alıcılar, vericilər və balanslaşdırıcılar. Vericilər digər insanlar üçün işləyərək enerjilərini xərcləyərkən, alıcılar yanlız özləri üçün çalışırlar. Balanslaşdırıcılar isə bu iki qrup arasında tarazılıq yaratmağa çalışırlar.

Vericilər, alıcılar vəbalanslaşdırıcılar sosial qarşılıqlı təsirin üç əsas formasını əks etdirir, lakin onların münasibətləri çətin və sürətli deyil. Sosialqarşılıqlıtəsir, cəmiyyətdəinsanlararasındaözünügöstərənmünasibətlərdir. Çətindeyil, çünkieynicəmiyyətdəyaşayır, gectezəlaqəolur. Sürətlideyil, çünkibuqruplararasındafikirayrılığıvar. Alıcıların aydın fəaliyyət forması var: onlar verdiklərindən daha çox almaq istəyirlər. Vericilər öz vaxtlarını, enerjilərini, biliklərini, bacarıqlarını, düşüncələrini və əlaqələrini digər insanlarla bölüşmək məsələsində səxavətli olmağa çalışırlar.Balanslaşdırıcılar ədaləti qorumaq üçün işləyirlər: digər insanlara kömək edərkən qarşılıq axtararaq özlərini qoruyurlar.

Digər insanlarla münasibətlərimizin əsasını təşkil edən şəbəkələr üç mühüm üstünlüyə malikdir: xüsusi bilik, müxtəlif bacarıqlar güc. İnsanlar güclü bir şəbəkə formalaşdıraraq bilik, təcrübə və nüfuzaəvəzsiz giriş əldə edə bilərlər. Müəllifin fikrincə, qarşılıqlı əlaqələr prosesə yox, yaxşı niyyətəuyğun olaraq irəliləyir. Hər kəs hər gün 5 dəqiqəlik yaxşılıq edərək və almaq əvəzinə verərək geniş bir şəbəkə qura bilər.

Kitabda belə bir məsələ qeyd olunur: Uzun illərdir psixoloqlar müxtəlif sahələrdə əldə edilən uğurların ilk növbədə istedada, daha sonra isə motivasiyaya bağlı olduğuna inanırdılar. Dünya standartlarına cavab verən idmançıları və musiqiçiləri yetişdirmək üçün ekspertlər real qabiliyyəti olan insanları tapdıqdan sonra onları motivasiya etməyə çalışırdılar. Lakin son illər psixoloqlar bu yanaşmanın səhv ola biləcəyinə inanmağa başladılar. Belə ki, hər hansı bir pianino müəllimi uğur qazanacağına inandığı istedadlı bir uşaq axtarmaqdansa, müəyyən bacarığı olan bir uşağı dəstəkləyib öyrədərək, peşəkarlaşmasına və uğur qazanmasına nail ola bilər.Vericilərəməkdaşlara dəyər verir,çox işləyənlərə, motivasiyaya malik olanlara və qayğı göstərənlərə əlavə dəstək verirlər.

Müəllifin fikrincə, verici ola bilmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

1. Sual verən şəxsə qarşı daha diqqətli olun.

2. Sizə qarşı necə münasibət göstərdiklərinə diqqət yetirin.

3. “Yox” demək üçün mövcud olan səbəblərinizin siyahısını yaradın.

Son olaraq, unutmayın ki, tədqiqatlar vericilərin daha uğurlu və xoşbəxt olduğunu göstərir. Buna görə də, təkcə özünüzə fokuslanmayın, digər insanlarla münasibətlərinizi gücləndirin.

Alıcı, verici və ya balanslaşdırıcı olmaq anadangəlmə bir xüsusiyyət deyil. Bu əksər hallarda mühitin təsiri ilə baş verir. Belə ki, vericilərin əhatəsində böyüyən bir insanın balanslaşdırıcı və ya verici olması daha böyük ehtimaldır. Bundan başqa, bu üç qrup arasında keçilməz bir sədd mövcud deyil. Onların müəyyən zaman və ya mühit daxilində bir-birinə çevrilməsi mümkündür.

Sonda qeyd edək ki, aparılan tədqiqatlar göstərir ki, insanlar daha çox verici və balanslaşdırıcılarla işləməyə meylli olur, alıcılardan isə maksimum uzaq qalmağa çalışır.

Odur ki, çalışın ki, alıcıların təsirinə düşməyəsiniz və hər gün 5 dəqiqəlik yaxşılıq edərək - almaq əvəzinə verin ki, geniş bir şəbəkə qura biləsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267