PR

Hansı kütləyə, necə, nə zaman və nə çatdırılmalıdır?
12 İYUN
378

Hansı kütləyə, necə, nə zaman və nə çatdırılmalıdır?

2018-06-12 14:31:00

PR – imicin müsbət formalaşmasına yönəlik ictimai əlaqələrin təşkilidir. Burada qarşılıqlı anlayış, güvən və etibarın vəhdəti mühüm yer tutur.

Mütəxəssislər deyirlər ki, PR kampaniyaları üçün müxtəlif strategiya və taktikalardan istifadə olunur.

Bu texnologiyalar çevrə, rəqiblər, müəssisənin əsas məqsədi və s.-dən təsirlənir.

Məqsədə çatmaq üçün nəyin, nə zaman və necə edilməsini bilmək lazımdır. Bunun üçünsə müəyyən təməl fəaliyyət istiqamətləri mövcuddur.

Anlaşıldığı kimi, PR kampaniyalarının tətbiqində əhəmiyyətli olanlar bunlardır:  hansı kütləyə, necə, nə zaman və nə çatdırılmalıdır.  Bunun müəyyənləşməsi bizə nə edəcəyimizi göstərir, bizi istiqamətləndirir və məqsədə çatdırır.  Ayrıca PR kampaniyaları gələcək işlər üçün də körpü rolunu oynayır və səhvlərin qarşısını almağa xidmət edir.

Strategiya  məqsədlərə çatmaq üçün əldə olan gücün və ya qaynaqların paylanma planıdır.

Taktika qısa müddətli hədəflərə çatmaqda istifadə edilən qərarlar və fəaliyyətlərdir. Diqqəti hərəkətə və detallara çəkir.

Taktikaların tez-tez dəyişmək kimi bir xüsusiyyəti var.

Strategiyalar rəhbərliyin ən üst addımında tətbiq olunur.

Taktikalar isə, daha çox rəhbərliyin alt addımlarında tətbiq olunur.

Doğru strategiya yaratmaq üçün hərtərəfli düşünmək, əlaqəni itirməmək, qaynaqlarla bağlı gerçəkçi və çevik olmaq, hədəf kütləyə fokuslanmaq, araşdırmalardan faydalanmaq, zamanı yaxşı qiymətləndirmək lazımdır.

Bunun üçün də PR kampaniyaları 4 addımla dizayn edilir. Bu mərhələlər:

1) araşdırma,

2) planlaşdırma,

3) tətbiq etmə,

4) dəyərləndirmə-dən ibarətdir.

Araşdırma mərhələsində  mövcud durum və problem, məqsəd öyrənilir. Güclü və zəif tərəflər, fürsət və təhlükələrin müəyyənləşməsi buna köməklik edir.

Mütəxəsislər hesab edir ki, araşdırma qurum haqqında hədəf kütlənin nə düşündüyünü ortaya qoyaraq var olan fikirin yenidən təşkili üçün edilən çalışmalardır.

Araşdırma istiqamətləri isə müxtəlifdir. Məsələn, ətrafı izləmək məqsədli araşdırmalar, şəxsiyyət araşdırmaları, qurumun fəaliyyəti,  hədəf kütlənin tanınması ilə əlaqəli araşdırmalar və s.

Plan isə  gələcəkdə hara çatmaq və nələri reallaşdırılmaq istəyinin bu gündən  qərarlaşdırılmasıdır.

Planlaşdırma planı ortaya çıxarmaq üçün sərf edilən səyləri, müddəti ifadə edir. Plan bir nəticədir, planlaşdırma isə bir müddətdir . Bunlar – vəziyyətin dəyərləndirilməsi,  məqəsdin və hədəf kütlənin təyin olunmas, əlaqə vasitələri və texnikalarının seçimi, büdcə və nəticələrin qiymətləndirilməsidir.

Gələcək işlərin nizamlı, sistemli və məhsuldar bir şəkildə yerinə yetirilməsi üçün   planlaşdırılmada kimə, nəyi, niyə, necə, harda və nə zaman söyləmək suallarına cavab vermək lazımdır.

Planlaşdırma  qısa, orta və uzun hədəflərdən ibarət olmalıdır.

 Araşdırma və planlaşdırma nəticəsində müəyyənləşən qərarların həyata keçirilməsi tətbiq etmə mərhələsində reallaşır.

Dəyərləmdirmə isə  hədəflərə nə dərəcədə çatılıb-çatılmadığının ölçüldüyü  və əldə edilən nəticələrin qiymətləndirildiyi mərhələdir.

Bu mərhələ gələcək işlər üçün də körpü rolunu oynayır,  səhvlərin qarşısını almağa xidmət edir.

Mütəxəssislər hesab edir ki, dəyərləndirmə mərhələsində məqsəd nəyisə sübut  etmək deyil, nəyin necə gerçəkləşdiyini öyrənməkdir.

Onların fikirincə, bunun üçün  ən uyğun qiymətləndirmə meyarları müəyyən edilməli, kampaniyanın hədəfləri ölçülə bilən olmalı, kampaniyanın gedişi ilə bağlı qeydlər, auidio-vizual materiallar saxlanmalı, idarəçilər dəyərləndirmənin nəticələri haqqında məlumatlandırılmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255