PR

Qablaşdırma da PR-dır
06 İYUN
301

Qablaşdırma da PR-dır

2018-06-06 13:08:00

Mütəxəssislər seçimlərimizdə qabaşdırmanın təsirinin yüksək olduğunu deyirlər. Qablaşdırma həm də hər hansı məhsulun digər məhsullardan fərqini ortaya qoyur. Məhsullar vitrində yanaşı olduğu üçün qabladışdırma məhsulları bir addım önə çıxara bilər. Buna görə də qablaşdırma həm də uzunmüddətli PR hesab edilir.

Qablaşdırma həm məhsulu qoruyur, həm də imic yaradır. Bundan başqa, qablaşdırma müştərinin xoşuna gəlsə və uyğun olsa ondan sonradan aksesuar kimi də istifadə edə bilər.

Bəs məhsul istehsalçıları qablaşdırma üzərində düşünərkən nələrə fikir verməlidirlər?

Mütəxəssislər deyirlər ki, qablaşdırmada  istehsalçı, məhsulun istehsal tarixi və son istifadə müddəti, digər məlumatlar – tərkibi, mümkün mənfi təsirləri, istifadə qaydaları, eləcə də əlaqə vasitələri mütləq əks olunmalıdır. Bununla yanaşı, qutunun üzərində məhsulun iç görnüşü də yer almalıdır. Məsələn, məhsulumuz şkoladdırsa, şkoladın içi də mütləq görsənməlidir.

Qutunun vitrində necə yer alacağını da götür-qoy etmək, daha doğrusu tarazlığını nəzərə almaq lazımdır. Qablaşdırmanız saçaqlı, qeyri-standart, məsələn, əyri formadadırsa daha diqqətli olmaq tələb olunur. Əks halda xeyli problemlə üzləşə bilərsiniz.

Qablaşdırmanın rəngi də xüsusi diqqət tələb edir. Axı rənglər müxtəlif cəmiyyətlərdə fərqli mənalar daşıyır.

Onu da qeyd edək ki, məhsulun xüsusi qablaşdırılmada təqdim olunmasının zəif tərəfləri də var. Məsələn, qablaşdırma üçün sərf edilən vəsait məhsulun qiymətinə  təsir edir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, müsbət imic qazanmaq üçün bunu etməyə dəyər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254