PR

XEYR DEMƏYİN YOLLARI
06 İYUN
474

XEYR DEMƏYİN YOLLARI

2018-06-06 10:18:00

Böyük ehtimalla cavabınız "Xeyr"dir. Bu vəziyyət həyatınıza da əks təsir göstərə bilər, amma yenə də heyfslənməyin, bunun üçün sizə xeyr deməyin yollarını hazırlamışıq.

"Xeyr" deyərkən özünüzü günahkar hiss etməməlisiniz, çünki dürüstlük, həqiqətən ən yaxşı variantdır.
Əhəmiyyətli olan doğru bir şəkildə "yox" deməkdir. Məsələn, şərh etməkdənsə, sual verməlisiniz. Bu qarşılıqlı dialoqu artırır. Beləliklə, həqiqətən başa düşülərsiniz.
Yalnız "xeyr" demək əvəzinə həm başa düşülməyinizi təmin edəcək, həm də mübahisəyə səbəb olmayacaq bir yol tapın. Məşğulsunuzsa və dostunuz onu müşayiət etməyinizi istəyirsə, "Bu gecə çölə çıxmağı çox istərdim, amma" ...a görə ...tarixinə qədər başımı qaşımağa vaxtım yoxdur. Bunu başqa bir zaman etsək necə olar?" deyə soruşun. Ya da rəhbəriniz üzərinizə çox iş qoyursa, açıq sözlü olun: "Sizin üçün bu işi tamamlaya bilərəm, ancaq gələn həftədən əvvəl təhvil verə bilmərəm. Sizin üçün ən yaxşısı başqalarından soruşmaq olar. Onlar daha sürətli bir şəkildə bu işi həll edə bilər", ya da bunu təcrübədən keçirdin: "Yox demək adətən mənim üçün çətindir, amma dürüst olmalıyam, lazım gələrsə bu işi görməyəcəyəm, çünki (Əsl səbəblərinizi söyləyin)".
Görmək istəmədiyiniz bir iş sizə təklif ediləndə, "bəli" desəniz sonra nə hiss edəcəyinizi əslində bilirsiniz. "Xeyr" demək istəyəcəyinizi də bilirsiniz. Buna öz-özünüzə çalışın. Bu hiss üçün ağlınıza bir görüntünü xəbərdarlıq lampası kimi yerləşdirin. Bu görüntü, keçmişdə etdiklərinizi təkrar etmək üzrə olarkən sizi xəbərdar edəcək və "bəli" cavabını "yaxşı" keçirməyiniz üçün bir anlıq düşünmə müddəti təmin edəcək.
Yox deməyi öyrənən biri, özünü dərk etmək üçün daha çox vaxta malik olur. Bu səbəblə ayıb olmasın məntiqi ilə düşünməz və həyatına özü istiqamət verər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250