PR

“Mətanət A” şirkəti “İnşaatçılar Günü”nü özünəməxsus qeyd edib
10 APREL
340

“Mətanət A” şirkəti “İnşaatçılar Günü”nü özünəməxsus qeyd edib

2018-04-10 19:47:00

Artıq 8-ci ildir ki, 10 aprel ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə bu gün inşaatçıların peşə Bayramı hesab edilir. Azərbaycan inşaatı və memarlığı zəngin və qədim tarixə malikdir. Keçmiş əsrlərdən günümüzə qədər gəlib çıxmış qiymətli memarlıq abidələri kimi qorunan onlarla binalar var ki, özündə  Şərq və Qərbin nadir memarlıq nümunələrini birləşdirir.

“Mətanət A” şirktəti  bu əlamətdar günü özünəməxsus şəkildə qeyd edib. Şirkətin təşkilatçılığı ilə Dövlət İnşaat və Memarlıq Universitetinin tələbələri arasında “Güc BİLİKdədir” adlı yarış keçirilib. Yarışın məqsədi gənc inşaatçıların elmi-intellektual səviyyələrinin, memarlıq tariximiz barədə biliklərinin daha da artırılması idi. Sevindirici haldır ki, gənclərimiz yüksək fəallıq göstərərək yarışa böyük maraq göstəriblər.

5 turdan ibarət olan bilik yarışında “Mətanət A”, “Ağdağ”, “Blokpan” və “Rokol” adlı komandalar arasında qızğın mübarizə gedib. Nəticədə “Ağdağ” komandası qalib oldu. Qalib komanda  “Mətanət A” Şirkəti tərəfindən dəyərli hədiyyələrlə, digər komandalar isə həvəsləndirici mükafatlarla təltif ediliblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273