PR

Müştəri cəlb edən veb səhifə necə olmalıdır
03 APREL
414

Müştəri cəlb edən veb səhifə necə olmalıdır

2018-04-03 13:51:00
Bu günümüzün adi bir reallığı. Biz istəsək də, istəməsək də, baş verən onlayn satışlar. Oxucu kütləm bu barədə yetərincə məlumatlı olduğundan əsas mətləbə keçirəm. Satış həyata keçirən uğurlu sayt necə olmalıdır? Bir sıra texniki lakin çox vacib məqamlara diqqət yetirək.
Kommersiya və satış məqsədi ilə veb səhifə yaradılarkən nəzərə alınmalı bir sıra element vardır. Daha dəqiq ifadə etsək 7 element vardır. Onlar ingilis dilində “C” hərfi ilə başladığından vebsəhifənin dizaynı üçün 7C adlanır.  Müştərilər onlayn satışı bir neçə səbəbdən edirlər. Bunlardan ən vacibi rahatlıq, xərc, geniş seçim, məhsulu əldə etməyə nəzarətdən dolayı məmnunluq hissi. Müştərilər internetləri olduğu təqdirdə dünyanın istənilən yerində istədikləri şeyi əldə etmək imkanına malik olurlar. Bu da, şirkətlərə imkan verir ki, onlar müştərini cəlb edə biləcək veb səhifə yaratmaqla satış prosesini gücləndirsinlər. Bu onların hədəflədiyi kütləyə çatmaqdan ötrü də yardımçı olan bir üsuldur. Bir qədər əvvəldə qeyd etdiyimiz 7 elementin izahına keçək:
1. Kontekst(Context) .  Vebsaytın maketi və görüntünün vizual dizaynı lakonik, asan oxunan olmalıdır. Marketinq nöqteyi nəzərdən rənglərin uyğunluğu nəzərə alınmalıdır. Bütün bunlar həm də, səhifəni daha oxunaqlı edir.
2. Ticar (Commerce): Əgər veb səhifə kommersiya xarakteri daşıyacaqsa o təhlükəsiz və müştəri ilə birbaşa əlaqəli olmalıdır. Əksər saytlar bu iki məqsədi nəzərə alaraq qıfıl şəkilli işarənin təqibi ilə məlumatı yerləşdirirlər.
3. Əlaqə (Connection): Müştərini saytla bağlayacaq çoxsaylı linklərin mövcudluğu.
4. Komunikassiyalar (Communication): Kompaniya müştəriləri ilə necə danışmalıdır; bunu xüsusi təkliflərə yazılma ilə, müsabiqələr, sorğular ilə, kompaniya əməkdaşları ilə müxtəlif müsahibələrlə və kompaniyanın kontaktlarına dair informasiya ilə etmək olar.
5. Tərkib (Content):  təqdim olunan müxtəlif mətn, qrafik, musiqi, video.
6. İctimaiyyət (Community) : sayt müştərilərlə əlaqəni və eləcə də, müştərilər arasında əlaqəni çatın, forumların, müzakirələrin mövcudluğu ilə təmin edə bilər.
7.  Özəllik (Customization):  kompaniya müştərilərə saytın müxtəlif aspektlərini sırf özlərinə məxsus tərzdə istifadə etməyə imkan verməlidir. Məsələn müxtəlif seqmentə aid insanlar üçün müxtəlif rənglərin verilməsi. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256