PR

PR “qurbanlar” tələb edir
06 MART
906

PR “qurbanlar” tələb edir

2018-03-06 11:22:00
Müxtəlif şirkətlər, o cümlədən restoran və kafelər dizayn və təqdimatları ilə diqqət çəkməyə çalışır, bunun üçün müxtəlif konseptlər hazırlayırlar. Bu konseptlər əlbəttə ki, onların PR-ına xidmət edir.
 Qeyri-adi hesab edilən belə restoran və kafelərdən bəzilərini təqdim edirik.
“Əkiz tayın varsa, bizdə işləyə bilərsən”
Moskvada yerləşən “Twin Star” restoranında işləyənlərin hamısı əkizlərdir. Əkiz ofisantlar, əkiz barmenlər və aşpazlar müştərilərin istəklərini yerinə yetirərək onları təəccübləndirir.
Menyu yoxdur, hovuz var
Yaponiyadakı balıq restoranların birində müştəri yeməyi menyudan yox, hovuzdan seçir. Sifarişinin qəbul olunması üçün isə balıqları özü tutmalıdır.
“Qaranlıq dəlisi”
Amerikada yerləşən “Opaque” adlı restoran  qaranlıqda xidmət göstərir. Görmə məhdudiyyəti olanlara qarşı empati hissini artırmaq məsədiylə sosial layihə olaraq başlayan bu iş maraqla qarşılandığı üçün fəaliyyətini davam etdirir.
“Aşağı baxmadan ye”
Artıq restoran şəbəkələri müştərilərinin səmada da yemək yeməsi üçün imkanlar yaradır. ABŞ-da, Türkiyədə və s. ölkələrdə fəaliyyət göstərən restoran şəbəkələrindən biri müştərilərini qaldırıcı kran vasitəsiylə yerdən xeyli hündürdə açılmış 22 nəfərlik süfrəyə çatdırır.
Ölümdən sonra yemək varmı?
Ukraniyanın Truskavets şəhərindəki “Eternity” restoranının həm daxili, həm də xarici görünüşü tabut şəklində dizayn edilib.  Pəncərəsi yoxdur. Bu restoran “ölüm qaşla-göz arasındadır”   mesajını xatırladır.
Qəbirsanlıqdakı restoran
Hindistandakı restoranlardan birinin konsepti də yuxarıdakı fikrə yaxındır. Onun dizaynı tabutu xatırlatmasa da stol-stullar qəbirlərin arasında yerləşdirilib.
Meymun xidməti
Yaponiyadakı restoranlardan birinin ofisantları meymunlardır. Hətta yeməkləri də meymunlar hazırlayır.
İnsan akvariumu
Maldiv adalarındaki dənizin 5  metr dərinliyində  yerləşən “İtha” adlı restoran akvariumda dincəlməyinizə şərait yaradır. Yemək yediyiniz müddətdə balıqlar və başqa dəniz canlıları sizi müşahidə edir.
Cəsarətli yemək
İtaliyada yerləşən “Fortezza Medicea” adlı restoran həbsxananın içində yerləşir. Özü də həbsxana kameraları şəkilində dizayn edilib. Məhkumların reabilitasiyası məqsədilə açılan restoranın ofisantları da həbsxana sakinləridir.  Güclü mühafizə olunan bu restoran onlarda yeyib-içərək istirahət etmək istəyi yaradır.
Tualeti axtarmayın
Taylanddakı restoranların birində tualetin yerini tapmaq çətindir. Çünki restoran tualeti xatırladır və iştahı qaçırmasına rəğmən bir o qədər də diqqət çəkir. Stulları unitaz formasında olan restoranın  yeməkləri də balaca unitazın, sabun qablarının içində təqdim edilir.
“Robotu buyur, dalınca yüyür”
Hong-Konqdakı restoranların birində sifarışləri alan da, yeməkləri hazırlayan və  təqdim edən də robotlardır. Bu restoranda  robotların gördüyü işlərə nəzərət etmək üçün bir neçə insan işləyir.
Beşik kimi
Yaponiyadakı “Mahika Mano” kafesində stul yerinə havadan asılmış yelləncəklərdn istifadə edilir. Yuxunuz gəlsə, bu yelləncəklərdə yata da bilərsiniz.
 “Uşaq” kafesi
Hollandiyanın Amsterdam şəhərindəki “Kindercookcafe”-nin işçiləri isə uşaqlardır. Uşaqlar yeməkləri böyüklərin köməkliyi ilə hazırlayır və təqdim edirlər.
   İsrafsız
Çində yerləşən restoranlardan birində ancaq heyvan penislərdən hazırlanan yeməklər təqdim edilir. Müxtəlif şorbalar, qızartmalar və s. Restoran bu orqanın  insan sağlamlığına faydalı olduğunu təbliğ edir.
Maşında rahat nahar
Avstralyada Markus Weber tərəfindən maşın formasında dizayn edilən ev diqqət çəkdiyi üçün evin sahibləri sonradan xarici görnüşü maşını xatırladan restoran da açıb.
 Təyyarədə ürəyin istəyəni sifariş et
Türkiyənin Konya şəhərində  uzun illərdən sonar  uçuşa yararsız hesab edilən təyyarə restoran kimi fəaliyyət göstərir.
Özünü xəstəliyə vura bilərsən
Litvada yerləşən kafelərdən birində hər şey xəstaxana konseptinə görə hazırlanıb. Ofisantlar həkim paltarındadır və hətta istəsəniz sizi yedirə də bilərlər. Yeməklər xəstəxana alətlərində təqdim edilir. Stulların yerini əlil arabaları tutur. Sinqapurda, Amerikada da buna bənzər restoranlar var.
Yemək, üstündə də pişik
Yaponiya və Sinqapurda pişiklər çox məşhurdur.  Restoran və kafelər də bundan   istifadə edir. Bəzi  restoranların içərisində xeyli   çöl pişiyi dolaşır. Bəyəndiyiniz varsa özünüzlə aparla bilərsiniz.
 Ofisiantdan buz istəmə
Dubaydakı restoranlardan biri  buzdan hazırlanıb.Bu restoranda stol-stul və avadanlıqlar da buzdandır.
İşgəncə satan restoran
Ukraniyadakı “Macosh” kafesində sadəcə yemək yox, həm də işgəncə təklif olunur. Gözlərinizi bağlada, özünüzü qamçılada bilərsiniz. Seçim sizindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256