PR

Rənginizə fikir verin
05 MART
793

Rənginizə fikir verin

2018-03-05 13:04:00

Duyğuları ötürməkdə əhəmiyyətli vasitə olan rənglərdən həm də markaların tanıdılamasında geniş istifadə olunur.

Müxtəlif qurumlar istifadə etdikləri rəngləri necə seçirlər? Rənglər onlar üçün nə ifadə edir? Rənglərin təsiri və psixologiyası necədir?  Mütəxəssislər rəng seçimi ilə bağlı nə tövsiyə edirlər?
Dünyaya uzaqdan baxanda nəhəng mavi bir cisim görürük. Məlumdur ki, dünyanın yüzdə 70-i su ilə örtülü olduğu üçün belədir. Buna görə də mavi qlobal olmaq istəyən markaların rəngi olmalıdır. Mavi həm də sonsuzluğu və azadlığı, müdrikliyi, etibarı və sədaqəti ifadə edir. Mütəxəssislər belə düşünürlər.

Yaşıl maliyyə və kənd təsərrüfatı sektorunda iştirak edən şirkətlərin istifadə etdiyi rəngdir. Kənd təsərrüfatı şirkətləri yaşıllığa, ətraf mühitə zərər vermədiklərini vurğulamaq üçün bu rəngdən istifadə edirlər. Yaşıl həm də əmin-amanlığa işarədir.
Qırmızı isə daha aqressiv rəng olduğu üşün onu rəqabət aparan pərakəndə şəbəkələr istifadə edirlər. MC Donalds kimi.

Qırmızı həm də həyat və dinamikanın rəngidir. Əzm və dözümün göstəricisidir.

Bəs digər rənglər nəyi ifadə edir?

Mütəxəssislər uzun illərin təcrübəsinə əsaslanaraq rənglər haqqında belə nəticəyə gəliblər:

  • Ağ – Saflığı, təmizliyi və sabitliyi ifadə edir. Təravət və canlama hissi verir.
  • Qara- Gücü, ehtirası təmsil edər. Bir tərəfdən qaranlıq güc, cinayət və pislik ilə assosiasiya olunsa da, digər tərəfdən sədaqət, etibar, sözübütövlük ilə əlaqələndirilir.
  • Sarı – Ən parlaq və diqqət çəkici rəngdir. Sevinc, zəka, incəlik və pratikliyi ifadə edir.
  • Bənövsəyi – Zadəganlıq, lüks və etibar göstəricisi kimi istifadə olunur.
  • Çəhrayı -Etimad və rahatlığı ifadə edir. Romantika və həssaslığa işarədir.
  • Narıncı – Sosiallığın və etibarın təmsilçisidir.
  • Göy – Sonsuzluğu, nüfuzu, eyni zamanda və məhsuldarlığı göstəririr.
  • Qəhvəyi – Torpağın və təbiiliyin rəngidir. Güclülük, mükəmməllik və sağlamlıq mesajı verir.
  • Boz – Həlimlik və tarazlıqdır.

Rənglərdən nə qədər düzgün istifadə edildiyini təhlil edən mütəxəssislər belə qənaətə gəliblər ki, şirkətlərin ən çox etdiyi səhvlərdən biri eyni zamanda bir neçə rəngə müraciət etməkdir. Bir rəng həmişə daha təsirli nəticələr verir. Çünki insanlar tək rəngi daha yaxşı yadda saxlayırlar: Coca-Cola qırmızı, Hertz sarı və s.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255