PR

PR-çıların işini asanlaşdıran proqramlar
27 FEVRAL
515

PR-çıların işini asanlaşdıran proqramlar

2018-02-27 11:35:00

Mobil tətbiqetmələrin sayı gündən-günə artır. Bu tətbiqetmələr arasında PR-çıların işini asanlaşdıran proqramlar da az deyil. Müxtəlif mənbələrdən yararlanaraq PR-çıların işinə yarayacaq bir neçə proqramı təqdim edirik.

Səsin sürəti sizin əlinizdədir

PR-çı hər gün xeyli sayda çıxışları dinləyir, qeyd edir və daha sonra hazırlayacağı müxtəlif mətnlərdə bundan istifadə edir. Çıxışları olduğu kimi yadda saxlamağın çətin olduğu bəllidir. Bu işi nisbətən asanladırmaq üçün diktafondan istifadə edilir.  Amma mətnləri diktafondan yazarkən səsin sürətini idarə etməyin özü də bir başqa çətinlik yaradır. “Express scribe” proqramı bu baxımdan faydalı ola bilər. Bu proqram vasitəsiylə səsin sürətini azaldaraq deyiləni daha çox vaxta yaymaq olar. Beləliklə, tez-tez geriyə getməkdən xilas olar, deyiləni daha yaxşı başa düşərsiniz.

Hava imicinizə təsir edir

Hava proqnozları PR-çılar üçün son dərəcə əhəmiyyətlidir. Çünki hava planlaşdırılmış fəaliyyətlərə ciddi şəkildə təsir edir. Məsələn, açıq havada təşkil edilən tədbir üçün hava durumunun öncədən nəzərə alınmadığını düşünün. Hava şəraiti əlverişli olmasa, nə baş verər?  Tədbir iştirakçıları narazıçılıq edər, tədbirə gəlməzlər. Avadanlıqların istifadəsi ilə bağlı problem yarana bilər.  Nəticədə tədbir pozular. Ya da son anda məkanı dəyişmək məcburiyyətində qalarsınız ki, bu da asan deyil. Anlaşıldığı kimi, bütün bunlar da imicə mənfi təsir edər. Hətta böhran  yarada bilər. Deməli, PR-çı hava haqqında məlumatlarla maraqlanmalıdır. Bu baxımdan telefona hava proqnozları ilə bağlı tətbiqetmə yükləmək işə yarayar.

Bir şəkil paylaşın

Əvvəllər sosial şəbəkə istifadəçiləri paylaşılan 10-15 şəkilə bir-bir baxırdılarsa, indi yalnız birinə, daha doğrusu ilkin olaraq görünənə baxmaqla kifayətlənirlər. Nəticədə paylaşılan digər şəkillər diqqətdən kənarda qalır. Bu baxımdan şəkilləri birləşdirmək faydalı ola bilər. Belə bir yanaşma istifdəçinin daha az zaman xərcləməsinə səbəb olar, həm də hansısa görüntünün diqqətdən kənarda qalmasının qarşısını alar. Bir neçə şəkli bir çərçivədə birləşdirmək üçün kifayət qədər proqramlar var.

Materialları anbarda saxlayın

PR-çılar məlumatları, mətnləri, foto, audio və video materialları kompüterin yaddaşında və ya müxətlif yaddaş kartlarında (hard disk, flaşkart)   saxlayırlar. Lakin bu vasitələr gözlənilmədən sıradan çıxa bilər. Yaxud virusa yoluxa bilər. Odur ki, daha etibarlı vasitələrdən istifadə etməyə ehtiyac yaranır. Bu baxımdan   online yaddaş vasitələri işinizə yaraya bilər.  Belə online anbarların mobil tətbiqetmələri də var.

Məktubunuz yetişəcək

Böyük həcmli faylları electron poçtla göndərmək mümkün olmur. Bunun üçün Webtransfer proqramından faydalana bilərsiniz.

Saatı və yeri unudun

Çoxları üçün vaxtında yuxudan oyanmaq,  gedəcəyi yerin ünvanını və saatını xatırlamaq ciddi problemdir. Gecikmək, nəyisə unutmaq isə imici zədələyir.  Vaxtında yuxudan oyadan və gedilən ünvanı istəyinizdən aslı olaraq xatırladan (1-2 saat yaxud 1 gün öncə) tətbiqetmələrdən yararlana bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253