PR

Dünyanın ən effektiv reklam, reklamverən, rəqəmsal agentlikləri məlum oldu – Siyahı + Foto
27 FEVRAL
200

Dünyanın ən effektiv reklam, reklamverən, rəqəmsal agentlikləri məlum oldu – Siyahı + Foto

2018-02-27 11:17:00

Reklamverən və agentliklər üçün beynəlxalq istinad mənbəyi olan “WARC”tərəfindən bu il beşinci dəfədir ki, hazırlanan “WARC 100”ün nəticələri açıqlanıb.

Fins.az xəbər verir ki, “WARC 100”ə görə, dünyanın ən effektiv qlobal 5 kampaniyası bunlar olub.

“BBDO Mumbai” reklam agentliyi tərəfindən “Ariel” üçün hazırlanan “Dads #ShareTheLoad” kampaniyası 127.1 xal yığaraq birinci olub.

“INGO Stockholm” reklam agentliyi tərəfindən “Swedish Tourist Association” üçün hazırlanan “The Swedish Number” kampaniyası 95.4 xal ilə ikinci yerdə qərarlaşıb. Siyahının üçünçü pilləsində isə “Whirlpool”un “Ketchum Chicago” reklam agentliyi ilə birgə ərsəyə gətirdiyi “Care Count” kampaniyası 84,6 xal yığaraq üçüncü olub. TOP10-ğa daxil olan ən effektiv reklam kampaniyaları isə aşağıdakı kimidir.

Ən effektiv 5 yaradıcı reklam agentliyi isə 186.6 xal ilə Melbourne, Avstraliyada yerləşən “Clemenger BBDO Melbourne” reklam agentliyi olub. İkinci pillədə isə Auckland, Yeni Zellandiyaya məxsus olan “Colenso BBDO” reklam agentliyi 174.2 xal yığıb. ABŞ-ın Nyu-York şəhərində yerləşən “Spark Foundry” reklam agentliyi isə 77.9 xal yığaraq üçüncü pillədə qərarlaşıb. Beləliklə, ən yaradıcı 3 reklam agentliyi Avstraliya, Yeni Zellandiya, ABŞ-dan çıxıb.

Hindistanın Mumbai şəhərində yerləşən “BBDO India” reklam agentliyi də “TOP5”-liyə daxil olub. Belə ki, BBDO India reklam agentliyi 124.9 xal yığıb. ABŞ-ın Nyu-York şəhərində yerləşən “Droga5” reklam agentliyi isə 114.9 xal yığıb və siyahının beşinci pilləsində qərarlaşıb. Beləliklə, TOP5-liyə daxil olan siyahı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.

Ən efektiv beş marka siyahısında isə birinci pillədə adı tez-tez qeyri-adi kampaniyalar ilə hallanan “Burger King” (153.3 xal) olub. TOP5-liyə “Ariel”, “Mastercard”, “IBM”, “Vodafone” düşüb. Ən effektiv reklamverənlərin TOP5-liyinə isə “Unilever”, “PepsiCo”, “Mars”, “Procter & Gamble”, “Heineken” düşüb.

Qeyd edək ki, ən effektiv 5 media agentliyi kateqoriyasından Türkiyədən 86,3 xal ilə TOP5-likdə ikinci pillədə qərarlaşan “Mindshare” olub.

© Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275