PR

PR-ın başa düşülməsi problemi yaşanır
26 FEVRAL
443

PR-ın başa düşülməsi problemi yaşanır

2018-02-26 10:48:00

Türkiyədə fəaliyyət göstərən “Toksü&Chase” İctimaiyyətlə Əlaqələr şirkətinin rəhbəri, Türkiyə PR Dərnəyi İdarə Heyətinin üzvü və sabiq sədri Fügen Toksü ilə müsahibə

- Fügen xanım, PR nədir sualı niyə çox verilir?

Son zamanlar  PR anlayışından çox-çox istifadə edilir, bununla belə, onun başa düşülməsi problemi yaşanır. Sadəcə bu peşəninin təhsilini alanlar deyil, bir az düzgün danışdığını və yazdığını düşünən hər kəs PR-a əl atıb. Bu səbəbdən də birdən çox PR anlayışı var.  Təəssüf ki, hər kəsin bu işi peşəkarcasına yerinə yetirdiyini söyləmək olmaz.

- Öz imicini tam formalaşdırmayan sektor necə olur ki, başqalarının imicini formalaşdırır?

Qeyd etdiyim kimi, hər kəsin bu işlə məşğul ola biləcəyini düşünməsi bu   sahəyə çox adamın gəlməsinə səbəb olub. Amma onların hamısı mütəxəssis ola bilmir.  Buna görə də PR-çı öz işini mükəmməl yerinə yetirsə belə,  bu sahəyə birmənalı olmayan münasibət formalaşıb. Yalnız PR üzrə təhsil alan şəxslər bu işlə məşğul olsalar, daha yaxşı olar.

- Jurnalist təhsili ilə PR-çı işləyənləri də dəstəkləmirsiniz?

Jurnalistika müəyyən baxımdan PR-a bənzəyir.

Özünüzü bu sahədə nə qədər və necə inkişaf etdirməyiniz haradan gəldiyinizdən daha önəmlidir əslində.

- PR sahəsində ən yaxşı təhsili harada almaq olar?

Hazırda universitetlərin çoxunda PR ixtisası tədris olunur. Yaxşı təhsil aldıqdan sonra müxtəlif sektorlarda təcrübə keçmək də mühümdür.

- PR-çı üçün profesionallıq düsturu nədir?

Həm gözəl nitq,  həm də yazı qabiliyyəti, eyni zamanda şəffaf  ünsiyyət bacarığı və etik dəyərlərə riayət etmək peşakar PR-çı olmağa xidmət edir.

- Peşakar PR-çı olmaq nə qədər vaxt alır?

Peşakar PR-çı olmaq üçün uzun illərin təcrübəsi lazımdır. Fərqli sahələrdə fərqli müştərilərlə işləyərək təcrübə qazanmaq, böhran vəziyyətlərində necə davranmağı, press-reliz hazırlayarkən fərqli hədəf kütlələrinə necə xitab etməyi öyrənmək və bunun kimi bir çox detalı mənimsəmək gərəkdir.

Gündəmi izləmək, ictimai elmlərin və texnologiyanın inkişafından xəbərdar olmaq, çox oxumaq, kommunikasiya qabiliyyətinə malik olmaq, empati qura bilmək qızıl qaydalardır.

Mövcud durumu və problemləri doğru analiz etmədiyiniz təqdirdə planlaşdırdığınız kampaniya mənfi nəticələr verər. Bu da sizi məqsədinizdən uzaqlaşdırar.

- PR-çılar ən çox harada səhvə yol verir?

“PR-çıların ən çox etdiyi səhvlər bunlardır” deyə sadalamaq mümkün deyil.  Ən gözə çarpan səhv kimi hədəf kütləni doğru tanımadan yanlış strategiyalar müəyyənləşdirməyi misal göstərə bilərəm.

- PR-ın gələcəyini necə görürsünüz?

Bizim ölkələrdə PR sahəsi çox gənc olduğu üçün perspektivi çoxdur. Gələcəkdə layiq olduğu dəyəri daha çox alacaq. Buna əminəm. Çünki böyük şirkətlər də bu işin önəmini yavaş-yavaş başa düşür və PR şöbələri açırlar.

© proloq.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253