PR

PR-çıların səhvləri
20 FEVRAL
332

PR-çıların səhvləri

2018-02-20 15:15:00

Omnicom Public Relations Group-un rəhbəri David Gallagher PR mütəxəssislərinin ən çox etdiyi səhvlər, uğurlu kommunikasiyanın sirləri haqqında fikirlərini paylaşıb.

David Gallaghera görə, əksər PR-çılar uğurlarını mətbuatda  dərc edilən xəbərlərlə ölçürlər,  amma bu dəyərləndirmə uğursuzdur.  Mətbuatda dərc edilən xəbərlər işin bir hissəsi ola bilər. Amma önəmli faktor bu deyil. Ən önəmli məsələ PR-çıların insanların düşüncə və davranışlarına nə dərəcədə təsir etməsi və onları nə qədər dəyişməsidir.  Məsələn, “daha çox idman etməli və siqaret çəkməməlisiniz” mesajını verən PR kampaniyası etdiyimizi düşünün. Kampaniya haqqında bir sıra KİV-də məlumat verilməsinin insanların davranışını dəyişməsinə səbəb olacağına inanmıram. Odur ki, araşdırma aparmalıyıq. İnsanları daha çox idman etməyə, daha az siqaret çəkməyə nə məcbur edə bilər? Necə bir hekayə danışmalıyam ki, hədəf kütlənin “Bu yolu mütləq sınayacağam” deməsinə nail olum? Kampaniyanı harada eləsəm, daha təsirli olar? Bu  suallar haqqında düşünmək lazımdır. Heç bir araşdırma etmədən mətbuatda yer almaqla PR kampaniyası olmur.

PR mütəxəssisinin fikirincə, PR-çıların ən çox etdiyi səhvlərdən biri onların hədəf kütlənin mövcud durumunu, davranışlarını, vərdişlərini və başqa xüsusiyyətlərini araşdırmadan işə başlamasıdır. İkinci ən böyük xəta isə PR-çıların aydın və ölçülən hədəflər müəyyənləşdirməməsidir. Belə olduqda isə, gördükləri işi dəyərləndirmədə də çətinlik çəkirlər. Mütəxəssisin qeyd etdiyi üçüncü səhv isə hansısa problemin həllinin mediadan aslı olduğunu düşünməkdir. Problemin həlli üçün yaradıcı və strateji təkliflər hazırlamaq lazımdır.

David Gallagherin fikrincə, təsirli hekayə uğurlu kommunikasiyanın sirridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277