PR

PR və “qara piar” nədir?
16 YANVAR
1155

PR və “qara piar” nədir?

2018-01-16 14:55:00

Son bir neçə ildə bizim danışıq leksikonumuza PR, qara PR, PR-kampaniya və s. bu kimi sözlər daxil olmuşdur. Bəzi adamlar üçün bəlkə də bu terminlər yenidir və bu insanlar həmişə sual verirlər: PR nə deməkdir? Bəlkə bu məlumat təqtimatını optimallaşdırmaq üçün müasir bir medoddur, bəlkə təşviqatdır, bəlkə böhtandır, ya təhqirdir, məşhurlaşma yoludur və yaxud da başqamı bir şeydir? Qeyd etmək lazımdır ki, bütün bu sadalananların PR-ın bu və ya digər metodlarının istifadəsi zamanı öz yeri vardır.

    «Public Relation» və yaxud da qısaca PR - bazara hansısa malların və yaxud da xidmətlərin yeridilməsi və onlara tələbatın qabardılması yolunda istifadə edilən marketinqin əsas ünsürlərindən biridir.

    «Public Relation» anlayışının meydana gəlməsinin tarixi o qədər də müəyyən deyildir. Məsələn, PR-texnologiyalar sahəsinin tanınmış mütəxəssisi Frenk Cefkins hesab edir ki, PR fəaliyyətinin ilk pionerləri - XIX əsr böyük Britaniya hökumətinin mətbuat katibləri olmuşlar. Lakin, «Public Relation» sözünün özünün yaranmasına gəldikdə isə, burada müxtəlif fikirlər mövcuddur. Məsələn, bəzi tədqiqatçılar sübut etməyə çalışırlar ki, bu anlayış ilk dəfə 1830-cu ildə meydana gəlmişdir və «ictimai maraqlar naminə fəaliyyət» mənasında işlənilirmiş. Və «Public Relation» sözü hələ ABŞ prezidenti Tomas Ceffersonun (1801 - 1809) konqressə yeddinci müraciəti zamanı istifadə olunmuş, amma sonralar bu yaddan çıxarılmışdı.

    Lakin, buna baxmayaraq, XX əsrin əvvəllərindən etibarən PR texnologiyaları  güclü inkişaf etməyə başladı. Belə ki, XX əsrin əvvəllərindən ABŞ-da PR şirkətləri yaranmağa başlayır. 1919-cu ildə ilk belə şirkətin yaradıcısı və bu sahə ilə praktik cəhətdən məşğul olan kəs Ziqmund Freydin (1856-1939) yaxın qohumu Edvard Berneys olmuşdur. Artıq o zaman bir çox siyasətçilər, PR-ın zəruriliyini başa düşürdülər. ABŞ-ın o zamankı prezidentləri, habelə Franko (general Fransissko Franko (1892-1975) - 1939-1975-ci illərdə İspaniyanın diktatoru) və Hitler (Adolf Hitler (1889-1945) - 1933-1945-ci illərdə faşist Almaniyasının reyxskansleri) kimi diktatorlar PR-ın xidmətindən özləri üçün istifadə edirdilər. E.Berneysin PR haqqında kitabının Göbbelsin (Paul Yozef Göbbels (1897-1945) - 1933-1945-ci illərdə faşist Almaniyasının təbliğatt naziri) stolüstü kitabı olması faktı məlumdur.

    PR - ingilis sözü olmasına baxmayaraq, düşünürəm ki, əksər insanlar bunun nə demək olduğunu başa düşürlər. PR-ı müəyyənləşdirmək üçün sayı 500-ə çatan təriflər mövcuddur. Məsələn, G.Le-Roy PR-a «öz xeyri üçün insanların yanaşmasının və davranışının dəyişdirilməsinə istiqamətlənmiş, ictimai fikrə əlaqələndirilmiş hərəkətlər kompleksi ilə təsiretmə» kimi tərif vermişdir.

    Qərb dünyasında, inkişaf etmiş ölkələrdə bir çox PR mütəxəssisləri və belə yüksək ixtisaslı işçilərin cəlb edildiyi PR şirkətləri vardır. Bu şirkətlər zəruri PR texnologiyalarına malikdirlər. Bu cür agentliklərin və mütəxəssislərin fəaliyyəti üçün çox böyük məbləğlər, vaxt və zəhmət tələb olunur.

    Nəyinsə  və yaxud da kiminsə PR kampaniyasını aparmaq üçün məsələnin lap bünövrəsindən işə başlayırlar: nəyəsə  bir ad (brend, maraqlı ifadə və s.) verməkdən başlamış, cəmiyyətdə bu şeyi populyarlaşdırmağa, insanların bu şeyə müsbət yanaşmasını təmin etməyə qədər, yəni adamların təfəkküründə bunun bir nömrəli bir şey kimi olmasını təmin etməyə qədər iş gedir. Misal kimi Sony, Mercedes Benz, Adidas, Puma, Nike və s. bu cür məşhur brendləri göstərmək olar. Bu cür şirkətlərin məhsullarını alan insan, onların keyfiyyətsiz ola bilməsini heç ağlına belə gətirmir. PR şirkətləri qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün müxtəlif istiqamətlərə məxsus olan mütəxəssisləri işə cəlb edirlər. Onlar öz işiləri üçün bəstəkarları, rəssamları, fotoqrafları, kopirayterləri, imicmeykerləri və s. cəlb edə bilərlər.

    Qeyd etmək lazımdır ki, həmişə kütləfi informasiya vasitələri ən güclü PR aləti kimi çıxış etmişlər. Və bu səbəbdəndir ki, bu sahədə çalışanların əksəriyyəti vaxtilə jurnalist olmuşlar. Burada məşhur «Uotergeyt böhranını» misal kimi göstərmək olar. Çoxlarının yadındadır ki, məhz KİV-lərin başladığı kampaniya səbəbindən o zamankı ABŞ prezidenti Riçard Nikson (prezident olduğu illər - 1969-1974) istefaya getməyə məcbur olmuşdu.

    Lakin, əfsuslar olsun ki, bizim ölkəmizdə PR sahəsinin mütəxəssisləri yox səviyyəsindədir. Və bu sahədə olanlar da bununla yalnız qismən - kimsə çap sahəsində, kimsə audiovizual sahədə, kimsə xaricdə reklam çapı sahəsində və s. məşğul olurlar. Amma əgər sual versək ki, bizə PR lazımdır, yox? - biz birmənalı şəkildə deyə bilərik ki, başqa elmlər kimi PR da lazımdır. Lakin, əlbəttə ki, bu elmin də imkanlarından istifadə edən zaman diqqətli olmaq lazımdır. Çünki, bu elmdən də nüvə fizikasında olduğu kimi, həm cəmiyyətin xeyrinə və həm də zərərinə istifadə etmək olar.

    Bu baxımdan, qara-PR-dan olan zərər, elə təqribən nüvə  bombasının partlayışından olan ziyana bərabərdir. Nüvə  bombasının partlayışından yaranan radiasiya, partlayış episentrindən çox böyük məsafələrə yayılır və onillərlə öz təsirini saxlayır. Elə qara-PR kampaniyasının aparılması da insanların təfəkküründə əvvəlcə şok effekti yaradır, lakin onun nəticələri insanların yaddaşında qalaraq, hələ uzun müddət onların qəlbini zəhərləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256