PR

Kapital Bank yeni konsepsiyalı Bakıxanov filialını istifadəyə verdi
05 DEKABR
80

Kapital Bank yeni konsepsiyalı Bakıxanov filialını istifadəyə verdi

2017-12-05 10:25:00

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bakıxanov filialının yenilənmiş ofisini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Bakıxanov qəsəbəsi, Sakit Orucov küçəsi, 13A ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni ünvanda istifadəyə verilən Bakıxanov filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Bundan əlavə, yeni filial daxilində banka azyaşlı uşaqları ilə gələn müştərilərin rahatlığı məqsədi ilə, müxtəlif əyləncə attraksionları və oyuncaqlarla təmin edilən uşaq guşəsi yaradılıb. 

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Qubadlı, Göyçay və Qobustan filialları yeni ünvana köçürülüb, Həzi Aslanov, Beyləqan, Tərtər və Gədəbəy filialları isə yeni konsepsiya ilə müştərilərin istifadəsinə verilib. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288