PR

Unibankın mobil əlavəsi daha interaktiv və dinamik oldu
23 NOYABR
154

Unibankın mobil əlavəsi daha interaktiv və dinamik oldu

2017-11-23 15:36:00

Nüfuzlu “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile indi daha dinamik və interaktiv olub. Təkmilləşmələrdən sonra mobil əlavədən istifadə bir qədər də rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib. İndi smartfonunda Unibank Mobile əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:

  • Bank kartlarının rəngli dizaynddaha ətraflı məlumatı;

  • Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;

  • Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;

  • Əsas səhifənin aşağı hissəsində rahat menyu;

  • Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;

  • Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;

  • Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər “Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.

Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289