PR

Kapital Bank kənd təsərrüfatı işçilərinə endirimlə kredit təqdim edir
31 OKTYABR
136

Kapital Bank kənd təsərrüfatı işçilərinə endirimlə kredit təqdim edir

2017-10-31 09:54:00

Kapital Bank 1 noyabr – Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-dan məvacib alan kənd təsərrüfatı işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək isə zaminsiz verilir. Aksiya 30 noyabr 2017-ci il tarixədək keçirilir

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı –https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287