PR

“Təhsil və Karyera” sərgisinin ən çox ziyarət edilən stendi
09 OKTYABR
115

“Təhsil və Karyera” sərgisinin ən çox ziyarət edilən stendi

2017-10-09 10:51:00

Yarandığı gündən tələbə və gənclərə hər zaman dəstək göstərən, onlarla bağlı müxtəlif sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir. Azercell-in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır, artıq neçə illərdir ki, şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bacarıqlı gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir ki, bu da təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.

Şirkət ölkəmizdə keçirilən əmək yarmarkalarında, təhsil və karyera sərgilərində hər zaman öz aktiv iştirakı ilə də seçilir. Bu dəfə Azercell 6-8 oktyabr tarixlərindəCaspian Event Organizers tərəfindən təşkil olunan Təhsil və Karyera sərgisindən kənarda qalmayıb. 10000-dən çox ziyarətçinin qatıldığı Bakı Ekspo Mərkəzində baş tutan sərgidə Azercell-in stendi hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada, həmçinin, Azercell-də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında da məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri Azercell-ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.

Qeyd edək ki, Azercell şirkətinin stendi ziyarətçi sayına görə “Təhsil və Karyera” sərgisinin ən qabaqcıl stendinə olmuş və sərgi təşkilatçıları tərəfindən xüsusi sertifikatla mükafatlandırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297