PR

Liderliyi qoruyub saxlayan AGBank!
14 SENTYABR
124

Liderliyi qoruyub saxlayan AGBank!

2017-09-14 12:49:00

2005-ci il ipoteka kreditləşdirilməsi sektoru üçün uğurlu bir başlanğıc idi. Məhz bu ildə, 15 aprel tarixində “İpoteka haqqında” qanun qəbul edilir. Sonra isə uzunmüddətli ipoteka mexanizmlərini yaratmaq, yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı nəzdində (indiki Mərkəzi Bank) Azərbaycan İpoteka Fondu (AİF) yaradılır.

Nail olunan göstəricilər bu gün bizə haqq verir ki, bu sektorun nə qədər sürətli inkişaf etdiyini əminliklə söyləyə bilək. Banklar arasında rəqabət qeyd olunan sektorda da öz gücünü göstərməkdədir. Bu günə olan göstəricilərə əsasən ipoteka xətti ilə kredit rəsmiləşdirən banklar arasında, liderliyi qoruyub saxlayan AGBank-ın ümumi ipoteka krediti portfeli bu günə 56,3 mln manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur.2016- cı ildə isə bank tərəfindən yenidən ipoteka kreditləri verilməyə başlanıb və 14 sentyabr 2017 ci il tarixinə qədər yeni ipoteka şərtləri ilə 11 335 682 azn məbləğində artıq ipoteka krediti verilib. İpoteka kreditləri AGBank-ın Bakıda “Elmlər”, bölgələrdə isə “Gəncə”, “Yevlax” və “Ağdaş” filiallarında rəsmilləşdirilir.

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.
Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293