PR

Kapital Bank müəllimlərə 2%-dək endirimlə kredit kampaniyası təqdim edir
14 SENTYABR
132

Kapital Bank müəllimlərə 2%-dək endirimlə kredit kampaniyası təqdim edir

2017-09-14 11:45:00

Kapital Bank 1 dekabr 2017-ci il tarixədək təhsil işçilərinə “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir. Həmçinin bəzi hallarda kredit komissiyasız və 8 000 AZN-dək zaminsiz veriləcək

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287