PR

“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib
08 SENTYABR
161

“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib

2017-09-08 16:39:00

İşsiz və işaxtaranlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Mətanət A” şirkəti bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti Abşeron Rayon İcra Hakimiyyəti və ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan “Əmək yarmarkasında” iştirak edib. Xırdalan şəhəri Mədəniyyət evində təşkil olunan tədbirdə “Mətanət A” şirkəti 11 vakant iş yeri ilə təmsil olunub. “Əmək yarmarkasında” adıçəkilən qurumun ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri tərəfindən yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verilib və onların müraciət anketləri qəbul olunub.

Qeyd edək ki, tədbirdə 26  dövlət və qeyri dövlət təşkilatı ümumilikdə 168 vakant iş yeri təqdim etməklə iştirak edib.

Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və  işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.

Mətanət A” şirkəti daim işçi heyətinə diqqət və qayğı ilə yanaşaraq, onları dəyərləndirir, parlaq karyera və ixtisasartırma üçün geniş imkanlar yaradır.

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.

Şirkət 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293