PR

Kənd Təsərrüfatı Nazirliyi “Caspian American Forum Baku – 2017”ni rəsmi şəkildə dəstəkləyir
06 SENTYABR
136

Kənd Təsərrüfatı Nazirliyi “Caspian American Forum Baku – 2017”ni rəsmi şəkildə dəstəkləyir

2017-09-06 17:00:00

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dekabrın 8-də Bakıda keçiriləcək “Caspian American Forum – 2017”yə rəsmi dəstək verəcək. Bu barədə Azəbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Caspian American Club rəhbərliyinin adına ünvanlanmış rəsmi cavab məktubunda qeyd olunub. Məktubda həmçinin bildirilir ki, forumda nazirliyin rəhbərliyinin iştirakı planlaşdırılır. 

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian American Forum Baku – 2017”də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 300-dən artıq nümayəndəsinin iştirak edəcəyini qeyd edib. O bildirib ki, sözügedən forum Xəzər regionu, Şimali və Cənubi Amerika ölkələrinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanı rolunu oynayacaq. 

 Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq.

Forumun ikinci sessiyasında qeyri-neft sektorunun, xüsusilə maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat və İKT-nin bu gün üçün aktual olan layihələrinə toxunulacaq.

 Forumda iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçin: http://caspianenergyforum.com/american/index.php/en/

Telman Əliyev həmçinin əlavə edib ki, “Caspian American Forum Baku – 2017”nin keçirildiyi ərəfədə - noyabrın 11-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak edəcəyi “Caspian Energy Agro-industry and FMCG Forum” təşkil olunacaq.  

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club və Caspian American Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-mail: [email protected][email protected]

URL: www.caspianenergy.netwww.caspianenergy.orgwww.caspianenergyforum.com

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285