PR

British Council təcrübə proqramı keçirəcək
31 AVQUST
313

British Council təcrübə proqramı keçirəcək

2017-08-31 16:02:00

Bakı 31 avqust, 2017-ci il –British Council Peşə Təhsili üzrə Dövlət Agentliyi və 5 ulduzlu otellər ilə birgə həyata keçirdiyi Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramını genişləndirərək Gəncə və Qəbələ şəhərlərində də həyata keçirəcək. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun müvafiq kurrikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır. Layihə çərçivəsində 5-8 sentyabr, 2017-ci il tarixlərində 22 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçiriləcəkdir.

Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı 2016-cı ildən etibarən British Council, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakının aparıcı 5 ulduzlu otelləri ilə birdə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Keçən ilin təcrübəsinə əsasən Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən hazırlanmış və üç ixtisası (Oteldə Konsiyerj, Aşpaz, Mehmanxananada təsərrüfat işləri üzrə nəzarətçi) əhatə edən tədris proqramları yenilənmişdir və bir illik proqramın məzunlarının 50%-i artıq təcrübə keçdikləri otellərdə işlə təmin olunmuşdur.

Böyük Britaniyadan dəvət olunmuş People 1st təşkilatının təlimçisi Jeyn Norman, 5-8 sentyabr 2017-ci il tarixlərində müəllimlərə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirəcəkdir. Təlimdə iştirak edən müəllimlər tərəfindən 2017/2018 akademik tədris ilində layihə çərçivəsində tərtib olunmuş kurrikuluma uyğun proqramlar tədris ediləcəkdir.

Tədris proqramı Bakı, Gəncə və Qəbələdə yerləşən turizmə dair ixtisaslar tədris olunan peşə təhsili müəssisələrində keçiriləcəkdir və şagirdlər paralel olaraq otellərdə iş üzrə təcrübədə iştirak edəcəklər.

Proqramı uğurla tamamlayan şagirdlər ilin sonunda təcrübə keçdikləri otellər tərəfindən işə düzəlmə üçün müsahibələrə cəlb olunacaqlar.

British Council Azərbaycan fürsətdən istifadə edib Peşə Təhsili üzrə Dövlət Agentliyi və tərəfdaş otellərə dərin təşəkkürlərini bildirir.

Ətraflı məlumat üçün əlaqə saxlayın:

Nigar Nasrullayeva | Təhsil işləri üzrə icraçı

British Council | 8th floor, The Landmark III, 90 A Nizami street | Baku AZ1010 | Azerbaijan

T +994 12 497 1593 | F + 994 12 498 9236

[email protected] | www.britishcouncil.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285