PR

BİZNES TƏHLÜKƏSİZLİYİNDƏ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNİN ROLU
30 AVQUST
158

BİZNES TƏHLÜKƏSİZLİYİNDƏ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNİN ROLU

2017-08-30 10:00:00

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu dövriyyə real kağızlardan virtuala keçid alıb. Məsələn, əgər əvvəl sənədlər poçt, faks və kuryer vasitəsi ilə əldən ələ ötürülürdüsə, indi sadəcə elektron poçt vasitəsi ilə göndərmək olar. Bu zaman həm vaxt, həm də pula qənaət etmiş oluruq.

 

Səmərəli sənəd dövriyyəsi həm ümumilikdə biznesin uğurlu fəaliyyəti, həm də ayrı-ayrı şöbələrin bir-bir ilə əlaqə saxlaması üçün olduqca önəmlidir.

Üstəlik sənədlərin elektron qaydada dövriyyəsi, onların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını alır.

Lakin hər sistem bu müdafiəni maksimum həddə çatdırmağa qadir deyil.

Elektron sənəd dövriyyəsi şirkətə nə verir?

a)      Müştərilərlə yüksək səviyyəli və operativ yazışma aparmaq imkanı;

b)      Satış menecerlərinin işinin intensivliyinin artırılması və satışlara tam nəzarət;

c)      Müştərinin onunla danışıqlar aparan menecerə yox, şirkətə bağlılığın təminatı.

Sənəd dövriyyəsi bir sistemə bağlıdırsa və bu sistem də öz növbəsində rəhbərliyin tam nəzarəti altındadırsa, korporativ cəsusluq təhlükəsi avtomatik sıfıra enir.

Çünki hər müştəri haqqında məlumat əl ilə, heç bir hüquqi qüvvəsi olmayan kağıza deyil, xüsusi yaradılmış virtual formaya daxil edilir.

Qeyd etmək lazımdır ki, son illər korporativ cəsusluq olduqca geniş yayılıb.

Ekspertlərin hesablamalarına görə, hər il ABŞ biznes sahəsi istehsalat və ticarət məlumatlarının oğurlanması nəticəsində 4 milyard dollara qədər itki yaşayır.

Birbaşa oğurluqlardan əlavə, həm də məlumat sızması da baş verir. Bu hallarda ilk olaraq şübhə kölgəsi həmin informasiyaya birbaşa çıxışı olan əməkdaşların üzərinə düşür. Lakin təqsir heç də hər zaman sözügedən işçilərdə deyil. Elə hallar olur ki, məlumatlar birbaşa sistemdən – texniki məlumat daşıyıcıları, informasiya mübadiləsi üçün istifadə olunan qadjetlər, hətta məlumat ötürmə xəttləri vasitəsi ilə oğurlanır.

Məhz ona görə də, hər sistemə etibarlı demək sadəlövhlük olar.

Məsələn, ProSpect ERP şirkətinin təqdim etdiyi elektron sənəd dövriyyəsi həlli olan ProDOC, həqiqətən etibarlı sistemdir.

Niyə?

Çünki qeyd etdiyimiz kimi, ProDOC (http://prospect.az/proDoc) elektron sənəd dövriyyəsinin səmərəli idarəetməsi sistemidir.

Bu həll müəsissə və təşkilatlara daxil olan müxtəlif sənəd növlərinin sistemdə qeydiyyatının aparılması və onların aidiyyati bölmələrə icraata göndərilməsini tam təhlükəsiz qaydada həyata keçirir.

ProDOC müəsissə və təşkilat daxilində istifadə olunan müxtəlif sənəd növlərinin dövriyyəsini avtomatlaşdırır, sənədlərin elektron tərtibatını və formasını, aidiyyəti şəxslər tərəfindən elektron təsdiqləmə və əməliyyatların tarixçəsini formalaşdırır.

Razılaşın ki, bu da öz növbəsində sənəd axınına rahat və səmərəli şəkildə nəzarət etmək imkanı yaradır.

Hər çıxan sənəd qeydə alınır, skan edilir, icraçı və ya göndərən barədə məlumat qeyd edir ki, bunlar da öz növbəsində təhlükəsizliyin səviyyəsini artırır.

Sistem müəssisə və təşkilatlardan gələn sənəd və məktubların hazırlanma və yoxlama prosesini avtomatlaşdırır. İcraçıların hazırladığı sənədlər məsul şəxs tərəfindən yoxlanılır və elektron təsdiqləmə əməliyyatı vasitəsilə onların göndərilməsinə razılıq verilir. Sənəd qediyyatdan keçirilir və onu hazırlayan icraçıların əməliyyat məlumatları arxivləşdirilir.

Hər bir daxil olan sənəd avtomatik təyinatına uyğun olaraq təşkilat və müəssisədaxili məsul şəxslərə yönləndirilir. Məsul şəxslər sənədin elektron formada qəbulundan və icraya götürülməsindən sonra dərkənar şəklində digər şəsxlərə icraya göndərir.

Müxtəlif filtrlər vasitəsilə daxil olan subyekt/sənəd/məktubların statusu, məsul şəxs, icraçı və sair kriteriyalar üzrə çeşidləmə aparılır.

Beləliklə, ProDOC sistemi barədə yazılanlar, həllin icra etdiyi real işlərin yalnız kiçik bir hissəsidir.

Biznesinizin təhlükəsizliyi öz əllərinizdə, sənədlərinizin dövriyyəsi isə ProDOC həllinin məsuliyyətində olsun!

Bizimlə əlaqə:

web:http://prospect.az/

e-mail: [email protected]

Tel: (012) 310 21 21

PRONET MMC

İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294