PR

Səmərəli idarəetmə üçün ağıllı həll
23 AVQUST 2017
472

Səmərəli idarəetmə üçün ağıllı həll

2017-08-23 10:00:00

Biznes idarə etmək asan deyil. Rəqabət güclü olan sahələrdə isə yetərincə çətindir.

Biznesi düzgün qurmaq üçün keyfiyyətli xidmət təklif etmək, təcrübəli işçilər və həvəsli təcrübəçilər toplamaq, uyğun texniki vəsaitlər əldə etmək və ən əsas biznesi səmərəli idarə etmək lazımdır.

Sadalanan şərtlər qəliz görünməyə bilər. Ancaq reallıqda bütün çətinliklər elə səmərəli idarəetmənin təşkili zamanı bəlli olur.

Yüksək texnologiyalar dövründə yaşayan biri kimi düşünün: layihələrin icrası, işin planlaşdırılması, avtomatik xəbərdarlıqların aidiyyatı əməkdaşlara göndərilməsini nizamlamaq üçün nələr lazımdır? Təbii ki, səmərəli və ağıllı sistem. İnternetdə axtarış zamanı onlarla “ağıllı”“smart”,“avtomatlaşdırılmış” sistemlər tapmaq olar. Ancaq hər şey yazıldığı kimidirmi?

Məsələn, bəzi proqramlar olduqca bəsit və anlaşılan dizayna malikdir. Lakin vaxtlı və aidiyyəti üzrə məlumat yönləndirəcək qədər ağıllı deyil və ya digər bir proqram olduqca ağıllıdır, amma avtomatlaşdırılması olduqca qəlizdir və sairə.

Bəs bütün parametrləri özündə cəmləyən, interfeysi bəsit və rahat olan, funksionallığı isə yüksək səviyyədə olan bir sistemə ehtiyac duyursunuzmu?

Biznesin uğurlu olması üçün planlaşdırma olduqca böyük önəm daşıyır. Məsələn, potensial müştəri ilə görüş təyin edilib, lakin hara qeyd edilib və nə vaxt baş tutacaq – xatırlamırsınız. Sizcə belə addımlarla uğur qazanmaq mümkündürmü? Və ya potensial müştəri real müştəriyə çevrilib, müqavilə bağlanıb və layihəni icra edəcək heyət təyin edilib. Hətta ən çox etibar etdiyiniz əməkdaşlara belə mütəmadi xatırlatma, düzəlişlər göndərmək, görülən işin səviyyəsi və faizinə nəzarət etmək mütləqdir.

Biz Sizə keyfiyyətli idarəetmə sistemi təklif edirik!

ProTASK http://prospect.az/proTask ) həlli həqiqətən tapşırıq, layihə və cari məsələlərin idarə edilməsi üzrə ağıllı proqramdır.

ProTASK bəsit və yormayan interfeysə, ağıllı sistemə malik olan dəqiq və vaxtlı çalışan  bir həlldir.

ProTASK həllinin 6 modulu Sizə tapşırıqları aidiyyatı bölmələrə və ya konkret əməkdaşlara yönləndirmək, cari işlərin gedişatını nəzarətdə saxlamaq, həftəlik iş planı qurmaq, toplantıları planlaşdırmaq və keçirmək, layihələrin gedişatını izləmək, ay ərzində yerinə yetirilmiş işlərin hesabatı ilə tanış olmaq imkanı yaradır.

Bir sözlə, biznes planlaşdırma üzrə bütün işlərdə Sizin ən etibarlı və ağıllı yardımçınız olmağa layiq sistemolan ProTASK - la mürəkkəb işləri asanlıqla görün!

PRONET MMC

İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

web: http://prospect.az/

e-mail: [email protected]

Tel: +99412 3102121

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258