PR

AccessBank-ın kartları səyahət qazandırır
09 AVQUST
215

AccessBank-ın kartları səyahət qazandırır

2017-08-09 14:06:00

Artıq yay mövsümünün son ayıdır, demək olar ki, məzuniyyət dövrünün ən qızğın vaxtıdır. Ola bilər ki, Siz də istirahət etmək üçün xaricə getməyi planlaşdırırsınız. Bəs istirahətə nə götürəcəyinizi artıq bilirsiniz? Əlbəttə ki, geyim və digər əşyalarla bərabər ödəniş kartları da səyahətin ayrılmaz parçası olub. Axı indi heç kim üzərində böyük məbləğdə vəsait götürmür, çünki Bank kartları çox rahat alış-veriş aləti olublar.

Ən başlıcası isə, mütləq onlayn bankinq xidmətinə qoşulun, çünki o bir çox vəziyyətlərdə sizin yardımınıza çata bilər. Məsələn, AccessBankın myAccess mobil əlavəsini smartfonunuza yükləyirsiniz, sonra pullarınızı istədiyiniz kimi hər yerdən idarə edirsiniz. Əgər kart hesabınızda çox məbləğ saxlamaqdan ehtiyat edirsinizsə, o zaman vəsaitinizi digər hesabınızda saxlayın və lazım olduqca myAccess-lə kartınıza köçürün. Ümumiyyətlə, AccessBank-ın kartlarının və onlayn bankinq xidmətinin bir çox üstünlükləri var, onlar haqqında bankın rəsmi saytında daha ətraflı öyrənə bilərsiniz.

Ola bilsin ki, Siz xaricə getmək haqqında heç düşünmürsünüz də, çünki buna büdcə ayırmamısınz. Bəs Siz bilirsiniz ki, sadəcə 20 manat xərcləməklə Antalyaya istirahətə gedə bilərsiniz?! Necə? Çox sadə, bunun üçün AccessBank-ın Mastercard ödəniş kartı ilə avqustun 20-dək ticarət obyektlərində və internetdə nağdsız ödəniş etmək kifayətdir. Cəmi ödənişlərinizin hər 20 manatlıq məbləği Bankın keçirdiyi lotereyada qalib olmağa bir şans qazandırır. Siz xərclədikcə, Antalyaya iki nəfərlik səyahəti, iPhone 7 və Samsung Galaxy planşetlərindən birini qazanmağa şansınız artır. AccessBank-ın keçirdiyi bu lotereya haqqında ətraflı bankın saytından və aşağıdakı qısa videoçarxdan əldə edə bilərsiniz.

Gözəl istirahət üçün bunları edin ki, bu yay sizin də üzünüzə gülsün!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289