PR

Kapital Bank-ın yeni Masallı şöbəsi istifadəyə verildi
11 İYUL
133

Kapital Bank-ın yeni Masallı şöbəsi istifadəyə verildi

2017-07-11 10:37:00

Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Masallı şəhəri, M.Talışxanov prospektidə yerləşən ASAN Həyat Kompleksi daxilində yeni şöbəsini istifadəyə verdi. Müştərilər eyni zamanda həm ASAN xidmət mərkəzində, həm də ASAN Həyat Kompleksi daxilində yerləşən yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən faydalana bilərlər. Şöbə həftə içi saat 09:00-dan 19:00-dək, həftə sonu isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcəkdir.

Kapital Bank-ın yeni şöbəsi, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni şöbə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna, Dəmiryol və Lökbatan şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293